Forbesdə Azərbaycan haqda yazı çıxıb (Video)

Forbesdə Azərbaycan haqda yazı çıxıb (Video)"Azərbaycanlıların xaricdə də qürur duyacaqları məqamlar çoxdur"."Bakı: 1500 yaşı olan ləl daşı inkişaf etmiş infrastrukturu, innovativ texnologiyaları və müxtəlif müəssisələri ilə bərq vurur". Bu ifadə ilə başlayan məqalə və reportajın müəllifi "Wall Street Journal"ın ən müvəffəqiyyətli kapital analitiklərindən və investisiya menecerlərindən biri, "Financial Times" qəzetinin investisiya aləmi və mülkiyyətin idarə olunması üzrə güclü və nüfuzlu ekspert, maliyyə investisiyalarının qadın mərkəzi adlandırdığı Hilari Kreymerdir. Onun yazıları mütəmadi qaydada "Wall Street Journal", "New York Post", "Bloomberg", "Reuters" səhifələrində dərc olunur. Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə xanım Kreymer və Forbes.com saytının bir qrup əməkdaşının Bakıya səfəri nəticəsində ərsəyə gələn məqalə və video reportaj bu günlərdə saytın əsas səhifəsinə yerləşdirilib.

Azərbaycanın regionun ən nüfuzlu ölkəsi və dünyanın iqtisadi xəritəsinin strateji nöqtəsi kimi dəyərləndirildiyi məqalədə ölkədə aparılan yenidənqurma işləri, tikinti prosesləri, mədəni layihələr təhlil olunub. Bakının getdikcə dünyanın qabaqcıl ölkələri ilə ayaqlaşması, hətta bir çox hallarda daha da irəliləməsi xüsusi qeyd olunub: "Bu möhkəm əsaslı, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son dörd ildə prezident İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub. Ölkənin böyük neft ehtiyatlarından əldə etdiyi gəlir digər enerji resurslarının araşdırılıb inkişaf etdirilməsinə və hər sektorda ən yaxşı texnologiyaların tətbiq olunmasına yönəldilir". Müəllif həm də Azərbaycanın investisiya yatırımı baxımından münbit ölkə olduğunu da geniş təsvir edir:

"Azərbaycanlıların ölkə xaricində qürur duyacaqları məqamlar da çoxdur. İlk olaraq, BMT Təhlükəsizlik Şurasında Azərbaycan da yer tutur. Bundan başqa, Azərbaycan Forbes siyahısında investorların hüquqlarının müdafiə olunduğu ölkə kimi 24-cü və iqtisadiyyatının inkişaf etməkdə olduğu bir çox digər ölkələrə xas olan qarmaqarışıqlığın qarşısını ala bilmək imkanlarına görə 15-ci yer tutur. Ümumiyyətlə, Azərbaycan Forbes-in "İş üçün ən yaxşı ölkələr" 141 yerlik siyahısında 73-cüdür. Bu siyahıda Azərbaycan Braziliya, Çin (96), Hindistan (97) və Rusiyanı (105) geridə qoyur."

Qeyd edək ki, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Forbes.com saytında Azərbaycan haqqında dərc olunan məqalə və video reportaj silsilə səciyyəlidir. Silsiləyə daxil olan ilk yazı və video ilə tanış olmaq üçün aşağıdakı linkə keçə bilərsiniz.

Azərbaycan Amerika Alyansı ölkə haqqında geniş məlumat verən bitərəf, qeyri-kommersiya təşkilatıdır. Alyansın missiyası qarşılıqlı anlaşma və Azərbaycan ilə Amerika xalqı arasında hörmət mühiti təşviq etməkdir. Alyansın fəaliyyəti haqqında daha geniş məlumat əldə etmək üçün www.azerbaijanamericaalliance.org saytına müraciət edin.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1372   Tarix: 04 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390