Məşhur aparıcı erməniləri qoyunlara bənzətdi (Video)

Məşhur aparıcı erməniləri qoyunlara bənzətdi (Video)Ermənistan KİV Leonid Yakuboviçin üzr istəməsini istəyir.Ermənilər məşhur "Pole Çudes" layihəsinin aparıcısı Leonid Yakuboviçdən onlardan üzr istəməsini tələb edirlər. İş orasındadır ki, Ermənistanın bəzi Kütləvi İnformasiya Vasitələri məşhur aparıcı ilə 15 mart Moskva aeroportu "Şeremetyevo"da baş verən insidenti indi qabardıblar.

Məsələ burasındadır ki, o zaman Leonid Yakuboviç gözlədiyi reysin gecikməsi səbəbilə "Aeroflot"un əməkdaşları arasında insident yaşanmışdı. Həmin zaman Leonid Yakuboviçin işlətdiyi ifadə "YouTube"a yerləşdirilmişdi: " Beş saatdır ki, bizə eyni şeyi deyirlər. Bu yalan Dağlıq Qarabağ üçündür. Burada elə-belə adamlar oturmayıb. Bunlar hamısı hörmətli şəxslərdir, qoyun sürüsü deyil. Bizə qarşı bu cür münasibət göstərməyi sizə qadağan edirəm". Bununla Leonid Yakuboviçin "Şeremetyevo"nun "gözləmə zalı"nda əyləşənlərin Dağlıq Qarabağda yaşayan ermənilərdən fərqli olaraq qoyun olmadıqları və onları boş vədlərlə aldatmağın mümkün olmayacağına işarə vurduğu bildirilirdi.

İnsidentin üstündən xeyi müddət keçməsinə baxmayaraq Erməni mətbuatı indi Leonid Yakuboviçin Dağlıq Qarabağda yaşayan və ümumilikdə bütün ermənilərdən üzr istəməsini tələb edir. Məşhur aparıcı isə hələ ki, erməni jurnalistlərin çağırışına cavab verməyi lazım bilmir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3260   Tarix: 06 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740