Sürücülərin nəzərinə!
Bakı yollarında hərəkət məhdudlaşdırılacaq
Bakıda keçiriləcək Cənubi Qafqaz Forumuna dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin qarşılanması və tədbirlərin keçiriləcəyi yerlər istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakının bir çox küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Mayın 7-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün bu gündən etibarən bir çox ölkələrin nümayəndələri, dövlət başçıları, digər rəsmi, eləcə də tanınmış şəxslərin Azərbaycan paytaxtına səfərləri başlayır.
"Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətindən şəhər istiqamətinə qonaqların qarşılanma mərasimi, eləcə də tədbirlərin keçiriləcəyi istiqamətlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, aeroport istiqamətindən şəhər istiqamətinə, yəni - Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin", - Əsədov qeyd edib.
Bundan əlavə, mayın 8-dək davam edəcək forumla əlaqədar paytaxtın Mərdəkan, Buzovna istiqamətində də təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulduğundan qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmək tövsiyə edilir.
mənbə: xezerxeber.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2264 Tarix: 06 may 2013
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşEyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO
Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb
28.03.2024 575 "Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki
28.03.2024 238 Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru
28.03.2024 227 Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro
28.03.2024 133 ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib
Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını
28.03.2024 127 Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə
28.03.2024 839 "Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat
Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy
28.03.2024 341 Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b
28.03.2024 190 "Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat
"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində
28.03.2024 318