13 yaşında ərə gedən azərbaycanlı nənə ikinci yüzilliyə qədəm qoydu

13 yaşında ərə gedən azərbaycanlı nənə ikinci yüzilliyə qədəm qoydu13 yaşında ailə quran Pəri nənə Masallıdan Lənkəranın Şağlaser kəndinə gəlin köçüb.Lənkəranın Şağlaser kənd sakini bu günlərdə 100 yaşını qeyd edib. Pəri nənənin ömrünün çoxunu yaşadığı həyətində əsl toy mağarı qurulmuşdu. Övladları, nəvə-nəticələri, bütün qohum-qonşular onun başına yığışaraq əsl bayram sevinci yaşayırdılar. İki əsrə şahidlik edən Pəri Sadıqova 1913-cü il mayın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olub. 13 yaşında ailə quran Pəri nənə Masallıdan Lənkəranın Şağlaser kəndinə gəlin köçüb.

Toydan qabaq həyat yoldaşını görməyən Pəri ailə tanışlığı ilə evlənib. Lakin həyat yoldaşı ilə birgə yaşamaq Pəri nənəyə çox az qismət olub. Həyat yoldaşı Mövsum kişini müharibənin başlaması ilə cəbhəyə yola saldığını deyən Pəri nənə çox keçmədən qara kağız alıb. Nənənin 6 uşağından 4-ü ağır və çətin müharibə illərində aclıqdan ölüb. Pəri nənə həyat yoldaşına həsr etdiyi mahnını da bizim üçün səsləndirdi.

Pəri nənə uzun ömur sürməsinin səbəbini fiziki işlə məşğul olması və təbii qidalara üstünlük verməsi, mal-qara saxlaması ilə bağladı. Bildirdi ki, həm də övladları ona çox yaxşı baxırlar. Sən demə, uzunömürlülük həm də Pəri nənəyə ana tərəfdən keçib.

Biz də öz növbəmizdə 1 oğul, 8 nəvə və 13 nəticəsi olan Pəri nənəni yubiley münasibətilə təbrik edir, Allahın ona ayırdığı ömur payını sağlam yaşamasını arzulayırıq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2689   Tarix: 12 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942