Bakıda daha bir möhtəşəm layihə (Video)

Bakıda daha bir möhtəşəm layihə (Video)Dənizin dibi ilə yeraltı tunel çəkiləcək

Dənizkənarı Milli Parkın ərazisində, daha dəqiq Əl Oyunları İdman Sarayının yaxınlığından Nobel prospektinə qədər olan bir ərazidə dənizin dibi ilə tunel çəkilməsi nəzərdə tutulub. Yeraltı tunelin çəkilməsində məqsəd paytaxtın mərkəzində yaranan avtomobil sıxlığının qarşısının alınmasıdır.

6 zolaqdan ibarət olacaq yeraltı tuneldə gediş-gəliş üçün zolaqlar nəzərdə tutulub. Tunelin uzunluğu 4,2 kilometrdən çox olacaq. Bakı körfəzinin iki tərəfini birləşdiricək bu tunel paytaxtda ən uzun avtomobil tuneli olacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə, avtomobil sıxlığının qarşısının alınması üçün ilk əvvəl dənizin üzəri ilə körpünün salınacağı fikri olsa da, sonradan bəzi səbəblərdən bu layihə baxılmamış saxlanılıb. Suüstü körpünün çəkiləcəyi təqdirdə Bakı buxtasının görünüşünün itəcəyi və daim küləkli olan Xəzərdə körpüdən avtomobillərin hər an istifadə edə bilməyəcəyi əsas gətirilib. Həmçinin suüstü körpünün tikintisinə daha çox vəsait tələb olunduğundan yeraltı tunelin çəkilməsi ideyası daha məqsədəuyğun hesab edilib.

Cahangir Qocayevin sözlərinə görə, tunelin ən vacib cəhətindən biri ondan ibarətdir ki, bu tunel süni tuneldir, yəni, hansısa dağın içini deşməklə, süxuru oymaqla olmayacaq: "Sadəcə suyun içərisində olacaq və üstü torpaqla örtülücək. Bu tunelin çəkilməsi nəticəsində bulvarın ərazisi də genişlənəcək".

Yeraltı tunelin 0,9 kilometrlik hissəsi yerin üstünə çıxacaq ki, bu da dəniz limanından Nobel prospekti istiqamətində olacaq. Tunelin 2030-cu ilə qədər reallaşdırılması nəzərədə tutulub.

mənbə: xeber24.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3178   Tarix: 15 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740