Qənirə Paşayeva Nyu Yorkda 32-ci Türk Günü yürüşünə qatılıb

Qənirə Paşayeva Nyu Yorkda 32-ci Türk Günü yürüşünə qatılıb Türk Amerikan Dərnəkləri Federasiyası (TADF) tərəfindən düzənlənən 32-ci Nyu York Türk Günü Yürüşünə Azərbaycanı təmsil edən millət vəkili Qənirə Paşayeva ilə bərabər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Tomris Azərinin rəhbərlik etdiyi Amerika Azərbaycanlıları Şurası və Nyu Yorkda fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri də qatılıb.

Türkiyə tərəfindən Avropa Birliyi bakanı və Başmüzakirəçi Egemen Bağış, Türkiyə- Amerika Parlamentlərarası Dostluq qrupu başkanı ve AK Parti Genel Başkan Yardımcısı Mevlüt Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik, Nyu Yorkdakı Baş konsulu Levent Bilgen, Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Başbakanı İrsen Küçük, eyni zamanda TADF Başkanı Ali Çınarın, bundan başqa Türkiyə, KKTC ve Azərbaycandan çox sayda millət vəkili, sənətçı, Türk dövlət və xalqlarını təmsil edən çoxlu sayda diaspor təşkilatları və vətəndaşları qatıldı. On minlərlə Türk kökənli insanın iştirak etdiyi və on minlərlə amerikalının maraqla izlədiyi 32-ci Türk Günü Yürüşünə bir sıra konqresmenlər və bir sıra ABŞ rəsmiləri də qatılıb.

Millət vəkili Qənirə Paşayeva deyib ki, tədbirin ən önəmli özəlliklərindən biri odur ki, bu yürüş Türk millətinin gücünü, birlik və bərabərliyini göstərməklə bərabər, Türk milləti əleyhinə çalışan bəzi qruplar üçün də bir xəbərdarlıqdır. Bizim birlik və bərabərliyimizi görüb dərs almalıdırlar ki, apardıqları düşmənçilik, yalan, böhtan və işğalçılıq siyasəti nəticəsiz qalacaq. Türk Günü Yürüşünün 32-ci ildir bütün Türk dünyası təmsilçilərinin iştirakı ilə gerçəkləşdirildiyini deyən millət vəkili Qənirə Paşayeva artıq BMT-də Türk dünyasının bir çox ölkə ilə təmsil edildiyini də vurğulayaraq gücümüz, həmrəyliyimiz, birliyimiz bundan sonra daha da artacaq deyib.

Millət vəkili Qənirə Paşayeva 32-ci Türk Günü Yürüşü çərçivəsində Nyu Yorkda Türk kökənli diaspor təşkilatları rəhbərləri ilə də görüşüb. O, görüş zamanı bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan türk kökənli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.

Qənirə Paşayeva ABŞ-da fəaliyyət göstərən türk diaspor təşkilatlarının Azərbaycan, Türkiyə və ya digər türk dövlət və toplumlarından gəlməsinə baxmayaraq koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi diqqətə çatdırıb.

Türk diasporunun rəhbərləri ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndirib.

Qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva türk diasporunun rəhbərlərinə Azərbaycan həqiqətlərinə dair materialları hədiyyə edib.

mənbə: publika.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1486   Tarix: 25 may 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

TOP MP3