"Mənə yaxın olmaq istəyirlər"

"Mənə yaxın olmaq istəyirlər""Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədovun müsahibəsi

- İlk öncə "Eurovision-2013" mahnı müsabiqəsindən Bakıya dönərkən soyuq qarşılanmanıza aydınlıq gətirərdiniz? Yəni deyilənlərə görə sizi heç kim qarşılamayıb, siz taksi il qayıtmısınız.

- İlk öncə deyim ki, 2 ayın ağır zəhmətindən sonra öz uğurumuza imza atdıq. Gecə-gündüz ağır məşqlərimiz gedirdi. Biz yüksək nəticəyə inanırdıq. Şükür Allaha pərt olmadıq. O ki qaldı qarşılanmağa, mən hər bir şeydən razıyam. Çünki biz Bakıya gələndə artıq səhər 5 olardı. Özüm heç kimə deməmişdim ki, səhər-səhər insanları narahat etməyək. Sadəcə özümüz, kollektivimiz ağır iş qrafikindən sonra o qədər yorğun idi ki, istəyirdik az adam olsun. Yorğun halda aeroportdan düşəndən sonra az adamla danışaq. Ona görə də, sadəcə yaxınlar və dostlar bizi qarşıladı.

- Ümumiyyətlə siz deməsəniz də, yəqin gəlmə vaxtınızı bilənlər vardı. Sizi lazımınca qarşılaya bilərdilər.

- Biz özümüz təntənəli qarşılanmağın əleyhinə idik. Rəhbərlik də bu istəyimizi nəzərə aldı. Yenə də təşəkkür edirəm ki, istəyimizi yerinə yetiridlər.

- Fərid bəy, səhnədə olarkən Azərbaycanın dəstəyini necə hiss etdin? Ümumiyyətlə, özünü səhnədə necə hiss edirdin?

- Özümü səhnədə çox yaxşı hiss ediridim. Çox rahat idim. 2 ay idi dayanmadan məşq edirdik. Uğurumuza inanırdıq. Bizə dəstək də güclü idi. Buna görə hər kəsə minnətdaram.

- Ümumiyyətlə buna qədər peşəkar musiqi ilə məşğul olurdunmu?

- Mən uşaqlıqdan ifa edirəm. Məni Aybəniz Haşımovanın "Bülbüllər" ansamblından tanıyırlar. Orada bizim çox nominasiyalarımız, diplomlarımız var. Mən özüm də çox nominasiyalarda iştirak etmişəm.

- "Eurovision 2013" mahnı müsabiqəsində I yeri tutan Danimarkanın yarışda plagiat mahnı ifa etdiyi bildirilir. Əgər bu sübut olunarsa, avtomatik olaraq Azərbaycan I yerə yüksələcək. Buna münasibətiniz?

- Düşünürəm ki, bu mümkünsüz bir şeydir. Onlar artıq heç bir şeyi qaytaran deyillər. Hər il yarışlarda hansısa söhbətlər olur. Biz onsuzda qalibik. Çünki pis nəticə deyil. Danimarkanın özündən ən yüksək səs gəldi bizə. Gözləmədiyimiz ölkələrdən, Avstriyadan, Fransadan bizə səs gəldi. Buna artıq şükr etmək lazımdır.

- Bundan sonra musiqi fəaliyyətini necə davam etdirəcəksən?

- Konsertlər olacaq. Yeni mahnılar olacaq. Planlaşdırırıq ki, Bakıda avqust ayında möhtəşəm konsert verək. Fikrimiz var ki, konsertdə orketsrlə ifa edəcəyəm. Daha sonra kliplər, albomlar və s. olacaq.

- Bundan sonra həyatında hansı dəyişikliklər olub?

- Çox adam zəng vurur. Çox adam məndən yazır. Tanımadıqlarım artır. Əslində bu normaldır. Təbii ki, hansısa uğurdan sonra adam daha çox tanınır. Dostluq etmək istəyənlər çoxalır. Lakin mən köhnə dostları unutmuram. Tanışlar tanışlıqda qalır. Məndə elə bir şey dəyişməyib ki, gözəçarpan olsun. Həmişə Allaha şükür etmişəm və indi də Rəbbimə minnətdaram. Gələcəkdə də nələr olacaqsa, Allahın izni ilə olsun.

- Şəxsi həyatında hansı yeniliklər olub? Sevgini nəzərdə tuturam.

- Düzü xoşlamıram şəxsi həyatımdan danışmağı. Sadəcə mənə sevgisini ifadə edənlər çoxalıb. Çoxları tanıdığına görə mənə bir az da yaxın olmaq istəyir. Yazırlar. Yenə də deyirəm ki, bu, normaldır.

- Yəqin ki, xəbərin var, yarış bitəndən sonra Rusiya ilə Azərbaycan arasında səs qalmaqalı yaranmışdı. Bu məsələ səni təəccübləndirdimi?

- Təbii ki, təəccübləndirdi. Çünki inanmıram ki, Azərbaycandan ora səs getməyib. Lakin bu məsələyə qarışmaq istəmirəm. Mənim fikirim tam ifamda idi. Fikirim yalnız Azərbaycanı yüksək səviyyədə təmsil etmək idi. Şükür Allaha buna nail ola bildim.

- "Eurovision-2013" mahnı müsabiqəsində ifan o qədər gözəl idi ki, Azərbaycan təmsilçisi Fərid Məmmədova ermənilər də səs verib. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz bloqunda belə yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!". İstərdim bu məsələyə münasibətinizi bildirəsiz.

- Sevinirəm ki, düşmənlərimiz də bizə səs verdi. Deməli Azərbaycanın gücü o qədərdir ki, düşmənini hətta musiqi ilə ram edə bilir. Azərbaycan buna malik bir ölkədir. Çox sevinirəm

mənbə: anspress.com


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3293   Tarix: 22 may 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

Əməkdar artist Elza Seyidcahan "Günə uğurla" verilişində qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı tez-tez taksidən istifadə etdiyini və onu tanıəmayan sürücülərə irad bildirdiyini açıqlayıb:. "Yollarda xətlər artıb. Gördüm ki, çox cərimə ödəyirəm, taksidən istifadəyə keçdim. Gündə 3-

03.06.2026 455
.

"Həmin gün kasıbçılıqdan çıxdıq"

Əməkdar artist Yusif Mustafayev ruzisinin ailə qurduqdan sonra artdığını bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, ailəsində baş verən əlamətdar hadisədən sonra kasıbçılıqdan çıxdıqlarını deyib:. "Ailədə 10 uşağıq. Ən böyükləri mənəm, so

06.06.2026 196
.

Nura Suridən "Halaldır" adlı yeni mahnı

Nura Suri ard-arda yeni işləri ilə gündəmə gəlir. "Ürəyimin adamı", "Nağıl" mahnılarından sonra bu gün də "Halaldır" adlı yeni mahnısını təqdim edib. Özü də qeyd etmişdi ki, uzun müddət albom üzərində çalışıb. Lakin əməkdaşlıq etdiyi label mahnıları albom şəklində deyil

05.06.2026 496
.

"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"

"Maska"da oxuduğum "Bivəfa" mənə yad idi. Qismətə inanıram. Bu mahnı illər əvvəl mənə təklif edilmişdi". xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Cümə axşamı" proqramında deyib. Müğənni "Maska" şouda oxuduğu "Bivəfa" mahnısı haqd

31.05.2026 240
.

Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?

Türkiyədə məşhurlara yönəlik aparılan narkotik araşdırması çərçivəsində daha bir məşhurun test nəticəsi bəlli olub. Axşam.az xəbər verir ki, "Kızılcık şerbeti" serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelekin saç və qanından götürülmüş nümunələr müsbət çıxıb. Qeyd edə

06.06.2026 247
.

Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO- Heyranedici gözəllik

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovanın yeni görünüşü çox bəyənilib. xəbər verir ki, müğənni sosial mediada fotolarını yayımlayıb. Onun görünüşü və dəyişimi diqqət çəkib. İlqarənin görüntüsü izləyicilərin marağına səbəb olub. Sözügedən paylaşımı təqdim edirik:

07.06.2026 306
.

Məşhur restler və aktyor Halk Hoqanın ölüm səbəbi bəlli oldu

Amerikalı aktyor və idmançı Halk Hoqan 2025-ci ilin iyulunda təbii səbəblərdən vəfat edib. xəbər verir ki, bu barədə "New York Post" qəzeti yerli polisə istinadən məlumat yayıb. Hüquq-mühafizə orqanları 11 ay ərzində araşdırma aparıb, lakin zorakı ölümə dair heç bir sübut aşkar edə bilməyib

06.06.2026 210
.

Aygün Kazımovanın yeni paylaşımı MÜZAKİRƏ YARATDI - VİDEO

Xalq artisti, Azərbaycan estradasının pop divası Aygün Kazımova yeni görüntüləri ilə yenidən gündəmə gəlib. xəbər verir ki, sənətçinin dəri geyimdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub. Özünəməxsus üslubu, cazibədar görünüşü və səhnə enerjisi ilə seçilən Aygün Kazımova pərəstişkarlarında

06.06.2026 538
.

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananaya yazdığı sərt sözlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, onun şərhinə səbəb Canananın M.İgəndərli ilə bağlı paylaşımı olub. Belə ki, Canana məclislərdən birində M.İsgəndərli ilə üz-üzə gəlib, onun videosunu "Qayınanamla"

31.05.2026 436
.

TOP MP3