Meymunlar bayram edir (Foto,Video)
Tayland həmişə qeyri-adi bayramları ilə tanınıb.
Bu yaxınlarda daha bir qəribə bayram keçirilib. Bayram meymunların banketi adlanır.
Belə ki, ildə bir dəfə 600-ə yaxın meymunu nahara dəvət edirlər. 7 metrlik stolun üstünə onlar üçün 2 ton yemək qoyulur. Bununla da Lopburi sakinləri hərbçilərə kömək etmiş makaka meymununa minnətdarlıq edirlər.
Qədim əfsanələrdən birinə görə, Rama tanrısıı Lopburi şəhərinin yerləşdiyi ərazini dostu Xanumanuya hədiyyə edib. Xanumanu meymunlar kralı olub. Əfsanəyə görə, Xanumanu məhz makaka meymununun köməyi ilə düşmənlərə qalib gəlib.
Bu gün bayram bir çox turistləri ölkəyə cəlb edir. Böyük stolun üstündə isə meymunlar üçün cürbəcür meyvələr və yeməklər olur.
mənbə: publika.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş