Sirkədən düzgün istifadə edilsə…

Sirkədən düzgün istifadə edilsə…Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır. Qızıl yel, dəri şişləri, təzə yaraların şişməsi, qızdırma ilə müşahidə olunan baş ağrısı, qaşınma və s. hallarda onu sürtdükdə faydalıdır, həşərat dişləməsi və od yanığı zamanı müsbət təsir göstərir. Sirkədə bişən əncir təpitməsini bədənin ağrıyan nahiyələrinə sürtdükdə ağrını sakitləşdirir. Onu gül yağı ilə sürtdükdə gündəymədən olan baş ağrısını kəsir. Arpa unu ilə təpitməsi difteriya, döş şişi, qulaq dibi şişi, gül ilə təpitməsi isə soyuq şişlər üçün faydalıdır. Bədən orqanlarının keyləşməsində və oynaqların ağrısında üzərlik ilə təpitməsi xeyirlidir. Öd yolları xəstəliklərini, hamamdan sonra yaranan baş ağrısını sakitləşdirmək üçün gülabla qaynadır, parçanı isladaraq başa qoyurlar.
Xronik baş ağrısı, öskürək və qrip zamanı möhkəm qızdırılmış daşın üzərinə sirkə səpir, başı onun buxarına verirlər. Əncir və kişmişi sirkədə isladıb yedikdə dalaq üçün xeyirlidir. Zirə və kəklikotunu sirkədə qaynadıb diş ağrısı zamanı ağızı qarqara edirlər. Bu, damaq yarası üçün də faydalıdır. Qulağı və burunu onun buxarına vermək qulaq uğultusunu aradan qaldırır, qulaq və burun tutulmasını açır.Qocalara, sinir sistemi xəstəlikləri, təzə və quru öskürəyi, oynaq ağrıları olanlara sirkə ziyandır. Çox sirkə işlətmək bəzən bədəndə su yığlımasına səbəb ola bilər. gözə zərərdir, adamı arıqladır.

Sirkənin başqa faydaları da var:
-Sobada balıq bişirəcəksiniz, amma ev iy verməsin deyə, sobanın bir küncünə içi sirkə dolu bir kasa qoyun! Balıq qoxusu sobaya və mətbəxə bulaşmayacaq.
-Yumurta qaynadarkən içinə 1 şorba qaşığı sirkə qatın. Yumurta həm çatlamayacaq həm də asanca soyulacaq.
-Qızartma tavası yapışırsa, 2 stəkan sirkəni içinə qoyub 15 dəq. qaynadın. Uzun müddət tavanıza yeməklər yapışmayacaq.
-Körpəniz oyuncaqları ilə oynayır və ağızına aparırsa, bunları sirkəli suyla təmizləyin. Həm təmizlənmiş olacaq, həm də körpələr üçün təhlükə meydana gətirməyəcək.
-Xalçada, örtüdə, köynəkdə, masada diyircəkli qələm ləkəsi var isə ləkənin üstünə sirkəli bez qoyun. Ləkə asanlıqla çıxacaq.
-Mebel, tava, qazanlardakı yapışqan etiketi çıxarmaq üçün əvvəl plastik bir əşya ilə qopardın. Sonra üzərinə sirkəli bez qoyun. Etiket izi asanlıqla çıxacaq.
-Şüşə və dolçalarınızın içi ləkəli və dibləri yaşıllanmağa başladısa, bir az duz və sirkə ilə çalxalayıb gözlədin. Sonra yuyun!
-Çaydanda ərp yaranmağa başladı. Hətta ağızından çay belə axa bilmir. Ya da içi qapqaradır! Nə edəcəksiniz? Çaydanın içinə sirkə qoyub 10-15 dəqiqə qaynadın. Bütün əhəngin dağıldığını və ləkələrin itdiyini görəcəksiniz.
-Çörəkləriniz dərhal kiflənir və pis iy verirsə çörək qabını sirkəli suyla silib qurulayın! Baxın, neçə gün sonra çörəyiniz kiflənəcək?
-Mis qab və qazanlarınızı, paslanmayan polad qazanlarınızı parlatmaq istəyirsinizsə sirkəli bez ilə silin. Quru bir parça ilə parladın.
-Kristal stəkan və çilçıraq daşlarınızın işıl-işıl parlamağını istəyirsinizsə, sirkəli bez ilə silib quru bir bez ilə parladın.
-Əgər bədəninizdə bir yanıq meydana gəlsə, sirkəyə batırdırılmış bir pambığı yanığın üstünə qoyun, həm ağrısını həm də qabarıb su toplamasına mane olacaq.

mənbə: aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3985   Tarix: 07 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489