Şəhidlər Xiyabanı ilə bağlı yeni təklif (Video)

Şəhidlər Xiyabanı ilə bağlı yeni təklif (Video)Deputatlar xiyabanda fəxri qarovulun dayanmasını təklif edirlər

Bakıya gələn rəsmi şəxslərin, xarici qonaqların və turistlərin ilk üz tutduqları məkanlardan biri də Şəhidlər Xiyabanıdır. Ancaq ziyarətçilərin çoxu yalnız 20 yanvar qurbanlarının uyuduğu sıranı daha çox ziyarət etməklə kifayətlənirlər. Dağlıq Qarabağ uğrunda həlak olan və Şəhidlər Xiyabanında dəfn olunan yüzlərlə şəhidin məzarı ziyarət olunmur. Deputatlar da bir sıra təkliflər irəli sürürlər.

Millət vəkili Zahid Oruc: "Bilavasitə orada uyuyanların daha çox əsgərlər olduğundan fəxri qarovul dayanmalıdır".

Millət vəkili Fazil Mustafa: "20 yanvar hadisəsi Bakıda törədilən bir faciədir. Bizim Qarabağ faciəsinin rolunu xarici qonaqlar üçün qabartmağımız protokolda olduqca vacibdir. Onlar döyüşərək şəhid olublar. Ona görə də protokolun yeri dəyişdirilməlidir. Gələn qonaqlar Qarabağ şəhidləri üzərindən keçərək onların igidliyi barədə təsəvvürə malik olmalıdırlar".

Dağlıq Qarabağ uğrunda şəhid olanların məzarını ziyarət etmək üçün çətinlik yaradan amillərdən biri də yaşıllıqlarını və böyük ağacların olmasıdır. Məhz bu ağacların arasında şəhidlərimizin məzarları görünməz olub. Elə Bakıya gələn qonaqlar da 20 yanvar qurbanlarının olduğu sıradan aşağıda və yuxarıda da məzarların olmasından xəbərsiz qalırlar.

Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi Vaqif Novruzov isə ANS-ə müsahibəsində bildirdi ki, Şəhidlər Xiyabanında olan ağaclar mütəmadi olaraq budanır. Amma həmin ağacların çıxarılması gözlənilmir. Vaqif Novruzov bu yaşıllıqların Şəhidlər xiyabanına əksinə əzəmətli görünüş verdiyini deyir.

mənbə: xeber24


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5964   Tarix: 07 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740