Leyla Əliyevadan qüsurlu uşaqlara sürpriz (Fotolar)

İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak edib. Bu mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin biliklərə yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir. 1947-ci ildə yaradılan mərkəz görmə qabiliyyətini itirən uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət göstərir.

Mərkəzin direktoru Damir Ovçina prezidenti Leyla Əliyevaya bildirdi ki, iki korpusdan ibarət mərkəz müasir standartlara uyğun sürətdə yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə həyata keçirməyə imkan yaradır.

Leyla Əliyeva mərkəzin əvvəlki görüntülərini əks etdirən stendə baxıb. Bildirilib ki, bina 1990-cı illərin əvvəlində bu torpaqlarda gedən müharibə vaxtı ciddi zərər görüb. Qeyd edilib ki, mərkəzdəki müasir idman zalı kollektivin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətindən sonra layihəyə əlavə olunub və buna görə Damir Ovçina onun təşəkkürlərini Azərbaycanın birinci xanımına çatdırmağı xahiş edib. Üzgüçülük hovuzu da yüksək səviyyədə qurulub. Burada uşaqların və gənclərin reabilitasiyası üçün hər cür şərait yaradılıb.

Mərkəzlə tanışlıq zamanı uşaqlar hazırladıqları musiqi proqramını Leyla Əliyevaya təqdim edib. Qeyd edək ki, mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili təşkil edir və həyata keçirir, kor və zəif görən uşaqların hər hansı sənətə yiyələnmələri üçün onları tərbiyələndirir. Bu qəbildən olan gənclər burada təhsil prosesi, sonradan görmə qabiliyyətini itirən tələbələr isə reabilitasiya mərhələsini keçirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif görən gənclərin təhsilə və müxtəlif peşələrə yiyələnmələri üçün tamamilə yeni standartlar təklif edir.

Mərkəzin açılışına həsr olunan mərasimdə çıxış edən müəssisəsinin direktoru Damir Ovçina bildirib ki, cəmi bir neçə ay əvvəl yararsız vəziyyətdə olan binada indi tədris üçün yüksək şərait var. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edən Damir Ovçina 5000 kvadratmetr sahədə aparılan yenidənqurma işlərinin təhsilin səviyyəsinə təsirsiz ötüşməyəcəyini diqqətə çatdırıb. Kor və Zəif Görən Uşaqlar Assosiasiyasının rəhbəri Yenisa Zimiç valideynlər və şagirdlər adından Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib. O qeyd etdi ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsü sayəsində bu mərkəz indi nəinki məktəb, həm də bir çox şagirdlər üçün doğma evə çevrilib. Bosniya və Herseqovinanın elm və təhsil naziri Damir Maşiç ölkəsinin baş naziri Nermin Nikşiçin adından Heydər Əliyev Fonduna minnətdarlıq edib. Damir Maşiç Sarayevoda bir çox layihələr reallaşdıran Heydər Əliyev Fondunun mərkəzin yenidən qurulmasındakı əməyinin bu qəbildən olan uşaqlara öz potensiallarından geniş istifadə etməyə imkan verdiyini diqqətə çatdırıb. Bosniya rəsmisi Leyla Əliyevaya tərifnamə və xatirə hədiyyəsi təqdim edib.

Sarayevo şəhəri Novi Qrad rayonu bələdiyyəsinin sədri Semir Efendiç Heydər Əliyev Fondunun bələdiyyə ərazisində ikinci layihəsinin həyata keçirilməsindən məmnun olduğunu bildirdi və bu mərkəzin ölkə üçün əhəmiyyətindən danışıb. Bosniya və Herseqovina parlamentinin deputatı Adnan Vaşiç də fiziki imkanları məhdud uşaqlara göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.

Mərkəzdə təhsil alan uşaqlar hazırladıqları əl işlərini Leyla Əliyevaya hədiyyə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək deyib:

"Biz bu mərkəzin yenidən qurulmasında iştirak etməyimizdən məmnunuq. On il əvvəl yaradılmış Heydər Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil, səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400 məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada, Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım edib. Fond UNİCEF, UNESCO, İSESCO, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir".

Leyla Əliyeva bildirib ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir.

Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə məlumat verən Leyla Əliyeva tarixi ədalətin öz yerini tapacağına əminliyini ifadə edib.

Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəzin açılışı yerli media tərəfindən geniş işıqlandırılıb. Leyla Əliyeva öz təəssüratlarını jurnalistlərə müsahibəsində bölüşüb.

Sonra mərkəzin həyətini gəzən Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, mərkəzdə dərslər mütəmadi qaydada keçirilir. Uşaqlar bu müəssisəyə Bosniya və Herseqovinanın bütün regionlarından gəlir, bir çoxları məktəb-internatda yaşayır. Tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı, debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya texnologiyalarından istifadə qaydaları da öyrədilir. Vurğulanıb ki, gələcəkdə Heydər Əliyev Fondu mərkəzi xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası ilə tərtib olunan nəşrlər göndərəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzin həyətində ağac əkib. Sonra uşaqları Azərbaycan şirniyyatlarına qonaq edən Heydər Əliyev Fondunun vitse-prezidenti onlarla söhbət edib.

Sarayevoya səfəri çərçivəsində Leyla Əliyeva Dostluq parkında olub və burada Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdi, həlak olmuş insanların xatirəsini anıb.

mənbə: xeber24.az

Leyla Əliyevadan qüsurlu uşaqlara sürpriz (Fotolar)Leyla Əliyevadan qüsurlu uşaqlara sürpriz (Fotolar)Leyla Əliyevadan qüsurlu uşaqlara sürpriz (Fotolar)Leyla Əliyevadan qüsurlu uşaqlara sürpriz (Fotolar)Leyla Əliyevadan qüsurlu uşaqlara sürpriz (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4974   Tarix: 09 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 878
.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 220
.

Həyat yoldaşı və qızı Kürdə batan qadın DANIŞDI - VİDEO

"Dörd gündür axtarış gedir, balam tapılmır". Bu sözləri Baku TV-yə açıqlamasında həyat yoldaşı və qızı Kürdə batan qadın deyib. O bildirib ki, hamı kömək edir, lakin övladı tapılmır. Qeyd edək ki, aprelin 12-də Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanl

17.04.2024 1062
.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 1931
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 326
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 361
.

Hadı Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub. xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb

17.04.2024 749
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 768
.

Daha bir sabiq deputat vəfat etdi - FOTO

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. Bu barədə universitetdən -a bildirilib. Vurğulanıb ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib

17.04.2024 651