Peru parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib

Peru parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edibPeru parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ deputatlar tərəfindən müzakirəyə çıxarılıb və qərar qəbul olunub.

XİN mətbuat xidmətindən verilən məlumata görə, qərarda deyilir ki, 1987-ci ilin sonlarında Ermənistan-Azərbaycan münaqişəsinin son mərhələsi başlayıb və ermənilər tərəfindən Xankəndindəki azərbaycanlı əhaliyə qarşı hücumlarla daha da kəskinləşib: "1988 və 1989-cu illərdə ermənilərin hücumlarının sayının artması və sonrakı illərdə keçmiş SSRİ-də siyasi stabilliyin olmaması yüz minlərlə azərbaycanlının deportasiya olunmasına gətirib çıxarıb.

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib. Qətliam nəticəsində qadın və uşaqların da daxil olduğu 613 insan öldürülüb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı olmaqla 487 nəfər əlil edilib, 26 uşağın hər iki, 130 uşağın isə ən azı bir valideyni qətlə yetirilib.

Soyqırımı kimi qiymətləndirilən və tam şəkildə sənədləşdirilmiş bu hücumun ardınca Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub".

Qərarda daha sonra BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyi vurğulanır və qətnamələrdən ətraflı söz açılır. Həmçinin qeyd edilir ki, bu qətnamələrlə BMT-nin Təhlükəsizlik Şurası suverenliyə hörmət, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin pozulmazlığı prinsiplərini bir daha təsdiq edib. Qəbul olunmuş qərarda münaqişə nəticəsində Azərbaycan Respublikasına on milyardlarla dollar ziyanın dəyməsi də öz əksini tapıb. Sözügedən sənəddə göstərilir ki, ATƏT-in Budapeşt Zirvə toplantısının qərarına əsasın 12 may 1994-cü il tarixdə atəşkəs elan edilsə də, atəşkəsin pozulma halları davam etməkdədir və belə hallar 2003-cü ildən bəri daha da intensivləşib.

Qərarın sonunda Peru Konqresinin Xarici Məsələlər Komissiyası Konqresin Plenar İclasına aşağıdakıları təklif edir:

1. Ermənistan və Azərbaycan xalqlarının suverenliyinə tam hörmətini ifadə edərək, Peru Respublikasının Konqresi, bu ölkələrin hökumətlərini münaqişəyə son qoymaq məqsədilə özlərinin uyğun hesab etdiyi formatda və mümkün olan ən qısa müddətdə razılaşma əldə etməyə çağırır.

2. Xocalı qətliamının nümunəsində münaqişə qurbanlarına edilmiş ədalətsizliyin hələ də aradan qaldırılmadığını xatırlayaraq, biz bəyan etməliyik ki, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və millətlər arasında harmoniyanın yenidən təsis edilməsinə töhfə verəcək mümkün tədbirlər istənilən sülh razılaşmasının əsas elementi olmalıdır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1372   Tarix: 14 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672