Dünyanın ən varlı adamı –Vladimir Putin

Dünyanın ən varlı adamı -Vladimir Putin O, Avropanın ən zəngin gizli varlılarından biridir. Britaniyanın "The Sunday Times" qəzeti onun varidatının həcmini 130 milyard dollar dəyərində qiymətləndirib. Halbuki bu məbləğ rəsmi şəkildə dünyanın ən varlı vətəndaşı elan edilən Karlos Slimin sərvətindən 2 dəfə çoxdur. Söhbət bu günlərdə 30 illik həyat yoldaşından boşandığını elan edən, artıq 4-cü dəfədir dövlət başçısı kürsüsünə əyləşən Rusiyanın 2-ci prezidenti Vladimir Putindən gedir.

Kasıb ailənin kiçik övladı

Putin 1952-ci ilin 7 oktyabrında Sankt-Peterburqda anadan olub.Ailənin üçüncü övladı olan Vladimir Putindən böyük 2 qardaşı (Viktor, Albert) olsa da, onlar kiçik yaşlarında vəfat ediblər. Heç bir şəraiti olmayan kommunal mənzildə yaşayan ( Vladimir Putin SSRİ DTK-da işləməyə başlayana qədər orada yaşayıb) gələcəyin prezidentinin valideynləri adi zavod işçiləri olub. Putinin atası Vladimir Spiridonoviç və anası Mariya İvanovna Şelomova "Eqorova" adına zavodda işləyirdilər. Bu arada ikinci dünya müharibəsi iştirakçısı olan V. Spiridonoviç müharibəyə qədər sualtı donanmada xidmət edirmiş. Putinin ailəsi ilə bağlı diqqət çəkən məqam babasının dövlət rəsmilərinin aşpazı olmasıdır. Spiridon İvanoviç Putin bu sahədə dövrünün ən məşhur aşpazlarından biri idi. Onun hətta Lenin və Stalin üçün yemək bişirdiyi deyilir.

Təhsili

Vladimir Putin əvvəlcə səkizillik orta mərktəbdə təhsil alıb. Lakin bu təsil müəssisəsində çox zaman itirməyib. 1965-ci ildə Texnologiya İnstitutunun tərkibindəki kimya təmayüllü orta məktəbə daxil olub. 1970-1975-ci illərdə təhsilini Leninqrad Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində davam etdirib. V.Putinin universitet illəri ilə bağlı maraqlı faktlardan biri onun məhz həmin ərəfədə Anatoli Sobçakla (sonradan Peterburqun 1-ci meri olur) tanış olmasıdır. Onu da bildirək ki, V.Putinin diplom işinin məzmunu "Millətin ən əlverişli prinsipi" ilə bağlıdır. Putin eyni zamanda 1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edib. Beləliklə iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim,iqtisad elmləri doktoru V.A.Fyodorov olub.

Niyyətin hara mənzilin ora - Putin DTK agenti kimi

Putinin özü etiraf edir ki, hələ uşaq yaşlarında kəşfiyyat haqqınnda sovet filmlərini sevə-sevə izlərmiş. Və dövlət təhlükəsizlik xidmətində işləməyi o zamandan xəyal edibmiş:" Hələ birinci sinifdəykən agent olmaq istəyirdim. DTK-nin bizim bölgəmizdəki bürosuna getdim və istəyimi dilə gətirdim. Vəzifəli məmur hər istəyəni işə götürmədiklərini, həmçinin universitet məzunu olmaq lazım olduğunu söylədi. İsrarla "Hansı fakültə?" deyə soruşduqda, "Hüquq, aldın cavabını indi" deyərək məni başından etdi. O gündən etibarən hüquq fakültəsinə hazırlaşmağa başladım. DTK-ya girərkən Stalinin 1930-cu illərdə tətbiq etdiyi şiddət, təzyiq və sürgünə göndərmə siyasətlərindən xəbərim yox idi. Casusluq filmlərinin və romanlarının təsiri altında idim"

Amma doğru deyiblər -niyyətin hara mənzilin də ora. Putin ona biçilən həyat yolunda məqsədinə çatır. Universiteti bitirdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsində işləməklə bağlı təyinat alır. 1975-ci ildə o həmçinin "Operativ tərkibin hazırlıq kursları"nda təlim keçir. Kiçik zabit rütbəsi alaraq DTK-nın regional ofisində işləməyə başlayır. 1977-ci sonra Leninqrad DTK-nın əks-kəşfiyyat istintaq şöbəsində işləyir. 1979-ci ildə Moskvada DTK-nın Ali Məktəbinin altı aylıq ixtisasartırma kursundan məzun olur. Daha sonra Yuri Andropov adına DTK-nın İnstitutunda xarici kəşfiyyat üzrə bir illik təhsil alır. 1985-1990-ci illərdə ADR-də kəşfiyyatçılıq edir. İşinin mükafatı kimi 1 ildən sonra rütbəsi podpolkovnikdən şöbə rəisinin birinci müavinliyinə yüksəldilir. 1989-cu ildə ADR Milli Xalq Ordusunda xidmətlərinə görə, brünc medal alır. 1990-cı ildə xarici səfərini başa vurur. Və SSSR-yə qayıdır. Özünün dediyinə görə, könüllü şəkildə DTK-nın Xarici Kəşfiyyatla bağlı mərkəzi ofisində işləməkdən imtina edir. Leninqrad şöbəsində işini davam etdirir.

Rəsmi iş yeri hakimiyyətə gedən yol

Əslində Putinin siyasi karyerası Peterburq meriyasından başlayır. 1990-cı ildə V.Putinin rəsmi iş yeri Leninqrad Dövlət Universiteti olur. O, rektorun xarici əlaqələr üzrə köməkçisi vəzifəsini yerinə yetirir. 1990-cı ildə Leninqrad Şəhər Şurasının sədri Anatoliya Sobçakın müşaviri kimi işləyir. 1991-ci ildə A.Sobçakın mer seçilməsinin ardınca səlahiyyətləri artan Putinin iş fəaliyyətinin istiqamətləri də dəyişir. Komitə rəhbəri kimi onun vəzifələrinə xarici şirkətlər və birgə müəssisələrlə əməkdaşlıq, investisiyaların cəlb edilməsi məsələləri daxil olur. Putin Sankt-Peterburqda ilk Fond Birjasının təşkili üzrə kuratoru vəzifəsini də icra edir. Doğrusu, investisiyaların cəlbi ilə bağlı təşəbbüsləri alınır. O bir neçə böyük alman firmasının Peterburqda iş qurmasına nail olur. Putinin səyi ilə Rusiyada ilk xarici kapittalı bank - Drezdner Bank (Rossija) açılır. Gələcəyin dövlət başçısı Rusiya-Amerika oyunu olan "Xoşməramlı oyular"ın təşkilatçılarından biri də olur. Deyilənlərə görə, Putinin meriyadakı nüfuzu o qədər yüksəlir ki, 1993-cü ildə xarici səfərləri zamanı Sobçak səlahiyyətlərini ona həvalə edir. 1994-cü ildə o, rəsmən merin birinci müavini təyin edilir. Yeri gəlmişkən, Putin etiraf edir ki, о meriyada işləməyə başlayandan sonra 2 dəfə DTK sıralarından çıxmağa təşəbbüs edib. 1991-ci ilin 20 avqustunda Sobçakın Fövqəladə Komitəyə qarşı çıxmasının ardınca DTK-dan istefa ilə bağlı rəsmi bəyanat verir. 1996-cı ildə qubernator seçkilərində Anatoli Sobçakın məğlub olmasının ardınca Putin Moskvada işə dəvət edilib. Beləliklə onun hakimiyyətə gedən yolu bir az da yaxınlaşıb. İlk işi Rusiyanın xaricdəki əmlakının hüquqi idarəçiliyinə nəzarət, baş nazir olmazdan əvvəlki son vəzifəsi isə Rusiya Təhlükəsizlik Şurasının katibi olub.

Meriyadakı dostlarını vəzifəyə gətirir

1999-cu ildə Rusiyanın keçmiş prezidenti Yeltsin höküməti Putinə verməyi qərara alır. Putinlə görüşdə onu baş nazir təyin etmək istədiklərini açıqlayır. Elə həmin ilin 31 dekabrında Yeltsinin istefaya getməsi ilə əlaqədar Rusiya Federasiyası prezidentinin vəzifələrini icra etməyə başlayır. 2000-ci ilin martında Rusiya prezidenti seçilir. 7 mayda rəsmi şəkildə vəzifəsinin icrasına start verir. Bu gün də Rusiyaya rəhbərlik edən Putin artıq 4-cü dəfədir pezidenti postuna əyləşir.

Onu da qeyd edək ki, V.Putinlə Peterburq meriyasında işləyən şəxslərin əksəriyyəti 2000-ci il seçkilərindən sonra Prezident Administrasiyasında və dövlət mülkiyyətində olan müəssisələrdə mühüm vəzifələrə gətiriliblər. Bu siyahıya İ.İ. Seçin, D.A. Medvedev, B.A.Zubkov, A.B.Miller, V.P. Ivanov, S.E.Narışkin və digərləri daxildir.

Putin biznesmen kimi

İdiialara əsasən Rusiya prezidenti ölkədəki əksər şirkətlərin hissədarıdır. "Surqutneftqaz"ın səhmlərinin 37 faizi (bazar dəyəri 20 milyard dollar) , "Qazprom"un səhmlərinin 4,5 faizi ona məxsusudur. Neft ticarəti ilə məşğul olan "Guvnor" şirkətinin səhmlərinin 50 faizini Qennadi Timçenko vasitəsilə Putinin idarə etdiyi deyilir. Məlumat üçün bildirək ki, ötən il bu şirkətin dövriyyəsi 40 milyard dollar, gəliri 8 milyard dollar olub. Analitiklərə görə, təkcə "Surqutneftqaz" və "Qazprom"da sahib olduğu səhmlər prezidneti əlçatmaz oliqarx edir. Hər iki şirkətdə Putinin payı 32 milyard dollardır. O varidatı ilə Rusiyanın və dünyanın ən varlı adamlarını geridə qoyur. Rusiyada nə qədər sayda şirkətin ona məxsusu olduğu bilinmir. Putin həmin müəssisələri yaxın ailə izvləri (Mixail Putin, Mixayil Şelomov, Lüdmila Putina və qardaşı İqor daxildir. ) və dostları vasitəsilə idarə edir.
Məsələnin rəsmi tərəfinə gəlincə, gəlirlərinin deklorasiyasını verən V.Putin 2012-ci ildə gəlirinin 5.79 milyon rubl təşkil etdiyini bildirib. Onun xanimı Lüdmila Putinanın isə gəliri 121 374 rubl olduğunu açıqlayıb.

Bahalı geyinən Putinin vaxtları varmış

V.Putin xarizması ilə diqqət çəkən simalardandır. Xüsusilə onun kostyumları kimsənin diqqətindən yayına bilməz. Lakin maraqlıdır ki, V.Putin məhz Kremlə işləməyə gəldikdən sonra özünə əl gəzdirib. Peterburqda merin birinci müavini işlədiyi zamanlar nimdaş geyimlərindən hətta müdiri A.Sobçak da utanırmış.Yoldaşları o günləri belə xatırlayır: "Yaşıl rəngdə çirkli kastyum geyinirdi. Bir dəfə hətta Sobçak dözməyərək ona öz qalstuklarından birini hədiyyə etdi". Bəs indinin prezident Putini necədir? Putin haqqınnda Rusiya mətbuatının admnistrasiyaya istinadən yazdıqlarına görə, o geyimlərini adətən özü alır. Qardrobunun ümumi nə az, nə çox dəyəri 500 min dollardr. Prezident xüsusilə İtalyan firması olan "Brioni"yə, eləcə də "Fors" və "Kiton"-a üstünlük verir. Onun "Brioni" və "Kiton"dan birdəfəlik işgüzar kostyum sifarişi 3000 dollar təşkil edir. Putinin bahalı franklarının, smokinqlərinin dəyəri də az deyil.

Bukinhem sarayında V.Putin kraliça Yelizavetanın qarşısına 5000 dollarlıq frankla çıxmışdı. Prezidentin qardirobunda dəyəri 4 500 dollar olan smokinq də var. Ən ucuz köynəyi isə 200-300 dollar, qalstuku 200 dollar, corabları 50 dollar, ayaqqabısı 1000 dollar, dəsmalı 60 dollar, paltosu 3000, ipək plaşı 3000 dollar, alyaska lələkli məşhur gödəkcəsi 2000 dollar təşkil edir.

Ən nəhayət, qəhramanımız öz 30 dollarlıq darağı və 1500 dollarlıq "Parker" qələmi olmadan harasa getmir. V.Putin həmkarlarından fərqli olaraq sport üslubunda geyimlərə üstünlük verir. Hətta belə ictimaiyyət arasına çıxmaqdan da çəkinmir.

Kremldə solaxaylar üçün saat

Prezident bahalı saatlara hobbisi ilə seçilir. İsveç saatlarına üstünlük verən Putin "Patek Fillip"dən 15 000 dollarlıq saat taxır. Bu arada V. Putin saatı qarmon ifaçıları kimi sağ əlinə taxır. Bu adət artıq istehsalçıların da diqqətini çəkib. "Vostok" zavodu fürsəti əldən verməyərək solaxeylər üçün "Kreml" adlı saatlar istehsal edib. İlk istehsal məhsulu şəxsən Putinə gödərilib. Qalanları isə məmurlar tərəfindən satın alınıb. Hazırda Kremldə hamı sağ əlində saatla gəzir.

Ailəsi

Bir neçə gün əvvəl boşanan Putin Lüdmila Aleksandrovna ilə 1983 -cü ilin iyulunda evlənib. Bu evlilikdən onların iki qızı var. Mariya 1985-ci ildə Leninqradda, Каterina 1986-cı ildə Drezdendə anadan olub. Böyük qızı Sankt-Peterburq Dövlət Universitetində - bioloji-təbiət, Каterina isə şərq fakültəsində təhsil alıb.V.Putinin qızları ictimaiyyət üçün sirlidilər. Belə ki, onlar publika arasında çox görünmürlər.

Putin qadınların sevimli kişisi kimi

Putin təkcə qaranlıq işlərlə bağlı deyil sevgililəri ilə də gündəmdə olan siyasdi xadimlərdəndir. Keçmiş həyat yoldaşı boşanmaların otraq razılaşma adlandırsa da bunda V.Putinin xəyanətləri istisna təşkil etməyib. Rusiya prezidentinin şəxsi həyatının dövlət sirri kimi qorunmasına baxmayaraq, xarici mətbuat onun sevgililərini axtarmaqdan çəkinmir. Hətta V.Putinin rusiyalı idmançı Alina Kabayeva ilə evlənəcəyi versiyası irəli sürülür. Deyilir ki, Putin 2008-ci ildə arvadını məhz bu məqsədlə tərk edib. İddialara görə, Alinanın Putindən hətta bir oğlu bə qızı var. Prezident onları Soçidəki sarayında yerləşdirib. V.Putinin sevgi məcaraları bununla bitmir. Onun adı həmçinin gənc aktivist Yana Lapikova ilə də çəkilir. 2008-ci ildə keçirilmiş "Miss Moskva" müsabiqəsinin qalibi olan Yananın Putinlə sevgi məcarası uzun sürməyib. Putin sonradan bu gözəlçəni öz şəxsi fotoqrafı edib. Putinin Yananı həm xəbərçi kimi yanında saxladığı versiyası da var. İctimai xadim, ABŞ-da fəaliyyət göstərən gizli casus Anna Çapman da Putinin sevgili siyahısına daxildir. Britaniya jurnalistləri konkret onu Putinin sevgilisi adlandırırlar.

DTK agentinin Ömər Xəyyam sevgisi

Putin klassikaya marağı olan tiplərdəndir. Brahmsdan, Motsartdan, Çaykovskidən, Raxmaninovdan, Şubertdən və Lisztdən parçalar dinləməyi sevir. Ən sevimli parçası isə "Bitlz"dən "Yesterday"dir. Tarixi və siyasi məzmunlu kitablara üstünlük verdiyini deyən Putin Ömər Xəyyam aşiqi olduğunu dilə gətirib. Boş zamanlarını necə keçirdiyini soruşan bir jurnalistə isə iti ilə vaxt keçirdiyini və həyat yoldaşının hədiyyə etdiyi Ömər Xəyyamın şeirlərini oxuduğunu söyləyib.

mənbə: publika.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6951   Tarix: 19 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

TOP MP3