Peşə təhsilinə ayrılan vəsait artırılacaq

Peşə təhsilinə ayrılan vəsait artırılacaqson 5 ildə 3 yeni peşə təhsili müəssisəsi yaradılıb

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın icrası dövründə bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib, 3 yeni peşə təhsili müəssisəsi yaradılıb, bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası yeniləşdirilib.

Dövlət Proqramı çərçivəsində 60-a yaxın peşə təhsili müəssisələri üçün ümumi dəyəri 3 634 500 manat məbləğində müxtəlif texnika, maşın, mebel və avadanlıqlar alınmış, müxtəlif peşələrə dair dərslik, dərs vəsaitləri və əyani vəsaitlər çap olunmuş, peşə təhsili müəssisələrinə çatdırılıb.

Bundan əlavə, regionda kino-televiziya sahəsi üzrə ixtisaslaşdırılan yeganə peşə təhsili müəssisəsi 5 nömrəli Bakı peşə məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib, Naxçıvan şəhəri, Qəbələ və İsmayıllı rayonlarında müasir tipli yeni peşə təhsili müəssisələri istifadəyə verilib. Proqram çərçivəsində işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Bu əməkdaşlığa "Knauf", "Gilan Turizm", "Büllur", "BOSH" və digər işəgötürən şirkət və təşkilatlarla yaradılmış əlaqələri misal göstərmək olar.

Əgər 2007-ci ildə dövlət büdcəsindən ilk peşə-ixtisas təhsilinə 16.4 milyon manat vəsait ayrılmışdırsa, 2012-ci ildə bu rəqəm 30.6 milyon manata qədər artıb. Bu vəsaitin 86,3 faizi əmək haqqı, təqaüd və kommunal xidmətlərin ödənilməsinə sərf edilib. Bu baxımdan peşə təhsilinin sürətli inkişafı üçün ayrılan vəsait kifayət etmir. Növbəti illərdə peşə təhsilinə ayrılan vəsaitin həcminin artımı gözlənilir.

Bundan əlavə, Dövlət Proqramının icrası ilə əlaqədar 6.408 milyon manat məbləğində vəsait ayrılıb. Bu müddət ərzində beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə bir sıra layihələr həyata keçirilib. Bu layihələrin ümumi dəyəri 4 milyon avroya yaxındır. Lakin bu vəsaitlərin böyük hissəsi məsləhət xidmətlərin həyata keçirilməsinə, tədris səfərlərinin təşkilinə, müxtəlif dərslik və dərs vəsaitlərinin hazırlanmasına və s. sərf edilib. Bununla yanaşı, həmin layihələr çərçivəsində bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib.

mənbə: azvision.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2246   Tarix: 19 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qızıl-zinət əşyaları üstündə idi" - Masallıda baltalanaraq öldürülən qadınla bağlı YENİ FAKTLAR

Masallıda baltalanaraq öldürülən qadınla bağlı yeni faktlar məlum olub. -ın məlumatına görə, E.Əmənovanın qohumu Həsrət Əmirovun APA-ya bildirib ki, mərhumun meyitinin yanında balta olub: "Evi alt-üst etsələr də, heç nə aparmayıblar. Hətta mərhumun taxdığı zinət əşyaları üstündə idi". Hazırd

12.06.2026 310
.

Polad Həşimovun oğlu da məzun oldu - Foto

Bu gün Azərbaycanda 57 şəhid övladı on birinci sinifdən məzun olub. "Qafqazinfo" xəbər verir ki, onların arasında şəhid Milli Qəhrəman Polad Həşimovun oğlu Teymur Həşimov, şəhid polkovnik-leytenant Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə, şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramalda

12:55 175
.

Beren Saat və Kenan Doğulu barədə QƏRAR VERİLDİ

Türkiyədə narkotik istifadəsi şübhəsi ilə saxlanılan 23 məhşurdan 10-u bu gün hakim qarşısına çıxarılacaq. "Yeni Sabah" xəbər verir ki, bunlar Tolga Çam, Ferhan Kaya, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Tessy Ramos Correira və Rafet Eren Yorulmazerdir

12.06.2026 466
.

Şuşada bu işləri görmək qadağan edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna dəyişiklikdə əksin

12.06.2026 368
.

Bu "kosmik maddə"nin bir çay qaşığı bütün insanlığın çəkisindən ağırdır

Neytron ulduzundan çıxan bir çay qaşığı maddə təxminən iki milyard ton ağırlığındadır ki, bu da bütün bəşəriyyətin ümumi çəkisindən üç-dörd dəfə çoxdur. Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily"qəzeti yazıb. Neytron ulduzu - böyük kütləli ulduzun partlayışından sonra qalan çox sı

12.06.2026 254
.

"İnşaat Konstruksiyaları" MMC vətəndaşı belə ALDATDI: "Bizə heç kim bata bilməz"

İllərlə mənzil almaq üçün yığdığı pulu tikinti şirkətinə ödəsə də, bu günə qədər nə ev sahibi ola bilib, nə də ödədiyi məbləğ geri qaytarılıb. xəbər verir ki, Baku TV-nin məlumatına görə, söhbət Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında tikilən "İnşaat Konstruksiyaları" MMC-y

12.06.2026 282
.

Çayın ətrini artıran və bayatlaşmasının qarşısını alan üsul

Çay gün ərzində bir çox insanın zövqlə içdiyi əvəzolunmaz içkilərdən biridir. Lakin dəmlənmiş çayın qısa müddətdə bayatlaşması və zaman keçdikcə ətrini itirməsi tez-tez rast gəlinən problemlərdəndir. Buna görə də çayın daha uzun müddət təzə qalmasını təmin edən üsullar böyük maraq doğurur. xəbər veri

12.06.2026 266
.

Saniyələr içində minlərlə ölüm: Gəmi toqquşması bir şəhəri necə məhv etdi?

1917-ci ilin dekabrında Kanadanın Halifax şəhərində baş verən faciə bu günə qədər insan tarixindəki ən güclü qeyri-nüvə partlayışlarından biri kimi qəbul edilir. Hadisənin səbəbi limanın dar boğazında iki gəminin cəmi təxminən 1,6 km/saat sürətlə toqquşması olub. Qaynarinfo xəbər verir ki, bu barəd

12.06.2026 288
.

İsrailin şimalında dron hücumu siqnalizasiyası işə düşüb

Şənbə günü səhər Metula və Misqav Am şəhərlərində dron müdaxilələri barədə siqnalizasiya sistemi işə salınıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri hücumun təfərrüatlarının araşdırıldığını bildirib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:29 179
.

TOP MP3