"Özümdən sonra davamçım yalnız özüməm" -Səyavuş Aslanın son müsahibəsi

"Özümdən sonra davamçım yalnız özüməm" -Səyavuş Aslanın son müsahibəsi– Səyavuş müəllim, necəsiniz?

– Yaxşıyam. Özümü çox yaxşı hiss edirəm. Sözün düzü, indi çox həyəcanlıyam. Nəyə görə? Çünki çox ağır bir dönəm yaşamışam, bu dərəcədə çətin günlər keçirdiyimi bilmirdim, indi bu barədə mənə deyəndə çox həyəcanlanıram. O günlərin necə keçdiyini xatırlamıram. Sevinirəm ki, indi sizin vasitənizlə yenidən tamaşaçılarımla görüşəcəyəm.

– Çətin günlərin öhdəsindən necə gəldiniz?

– Artıq heç bir çətin günü xatırlamaq istəmirəm, hər şey geridə qaldı. Məni necə görmüsünüzsə yenə də eləyəm. Çalışacam ki, hər zamankı kimi olum.

– Gününüzü necə keçirirsiniz?

– Mənim o qədər qohum-əqrəbam var ki, nə televiziyaya baxmağa, nə də gəzməyə vaxtım olur (gülür). Onlar həmişə çalışırlar ki, yanıma gəlib-getsinlər, məni darıxmağa, tək qalmağa qoymurlar. Dost-tanış, qonum-qonşu tez-tez gəlib-gedirlər.

– Sizi həmişə şəhəri, xüsusən bulvarı piyada gəzən görmüşük. Bu ənənəni davam etdirirsinizmi?

– Gəzməyi sevirdim. Amma indi evdəkilər çox gəzməyə qoymurlar, ehtiyat edirlər. Qoysalar yenə də gedib gəzərəm (gülür). Buna baxmayaraq yenə şəhərə çıxıram.

– Sənət yoldaşlarınızdan yanınıza gələn, zəng vuran varmı?

– Var. Ümumiyyətlə, çox adam yanıma gəlir.

Bu məqamda S.Aslanın baxıcısı olan gənc qadın söhbətə müdaxilə edib, 7 aydır sənətkara qulluq etdiyini, lakin bu müddət ərzində aktyorlardan heç kimin onun yanına gəlmədiyini dedi.

Sənətkar isə ona acıqlanaraq "gəlirlər, sadəcə olaraq sən aktyorları tanımırsan", – deyə etirazını bildirdi...

– Teatra qayıtsaydınız yenidən hansı tamaşada oynamaq istərdiniz?

– Hamısında. Bütün tamaşalarım üçün darıxmışam. Gərək tamaşalar arasında ayrı-seçkilik salmayasan.

– Ən sevimli tamaşanız və rolunuz hansı olub?

– Camaat sevən tamaşaları mən də sevmişəm. Onlar sevib gəliblər, mən də sevə-sevə oynamışam. Amma təəssüf ki, indi yaşa dolmuşam, artıq o cür ifa edə bilmərəm. Səhnədə bütün istəklərimə nail olmuşam. Necə nail olmuşam onu artıq tamaşaçılar deyə bilər.

– Səhnədə ən sevimli tərəf-müqabiliniz kim olub?

– Demək olar ki, aktyorların çoxu ilə tərəf-müqabili olmuşam, onların arasında istədiyim insanlar da olub, istəmədiyim də, amma səhnədə hər şeyi unutmuşam, heç birinə fərq qoymamışam.

– Özünüzdən sonra kimi davamçınız olaraq görürsünüz?

– Özümdən sonra davamçım yalnız özüməm. Özümü yalnız özümə bənzədirəm.

– Sənətə gələndə bu qədər seviləcəyinizə və tanınacağınıza inanırdınız?

– Bəli. Çünki bu peşəni sevib gəlmişəm, gərək sənəti sevəsən. İstəyinə nail olmaq üçün çalışmaq lazımdır.

– Sənətə gələndə ən böyük arzunuz nə idi?

– Sənətə gələndə ən böyük arzum alqış qazanmaq və sevilmək idi. İndi deyə bilmərəm arzuma nə dərəcədə çatdım.

– Teatrdan ayrılandan sonra tamaşalara gedib baxırdınız?

– Öz tamaşam olmasa da, həmişə teatra gedib tamaşalara baxmışam. İndi də teatra getmək, tamaşalara baxmaq istəyirəm, amma elə halım yoxdur ki, özüm tək gedim.

– Azərbaycan teatrına neçə qiymət verərsiniz?

– Teatra qiymət verməzlər, teatr gərək özü o qiyməti alsın. Hər bir aktyorun öz məqamı, öz dövrü olub. Biz də vaxtımızda çox sevilmişik. Vaxtında çox insanlar mənimlə oturub-durub, danışmaq istəyib. İndi kənardan teatra baxanda qiymət verə bilmirəm. Çox çətindir.

– O vaxtkı aktyor yoldaşlarınızdan kimləri xatırlayırsınız?

– Hamısını, daha çox da Nəsibə Zeynalova yadıma düşür.

– Musiqili Komediya və Akademik Milli Dram Teatrında çalışmısınız. Ən doğma kollektiv hansı olub?

– Hər ikisi mənim üçün doğmadır, onları heç vaxt bir-birindən ayırmamışam, onlar məni sevib, mən də onları.

– Ən böyük arzunuz nədir?

– İstədiyim vaxt harasa gedib gəzmək. Səhhətimin yaxşı olması.

– Kiməsə demək istədiyiniz, ürəyinizdə qalan sözünüz varmı?

– Yox, hər kəsə vaxtında hər şeyi demişəm. İstədiyim odur ki, hər kəs öz istəyinin arxasınca getsin. Ürəyimdən keçən odur ki, kimin ürəyindən nə keçirsə, Allah onu yerinə yetirsin.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3314   Tarix: 28 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21229
.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 1218
.

"Mən bu gün də səhnəyə çıxanda həyəcan keçirirəm" - Cavidan Novruzla MÜSAHİBƏ

"Məşhur olmaq üçün atamın adından heç vaxt istifadə etməmişəm". Bu sözləri -a müsahibəsində məşhur aktyor, müğənni Cavidan Novruz deyib. Gənc aktyor izləyicilərimizə sənət yolundan, məşhurluğun müsbət və mənfi tərəflərindən, sosial şəbəkələrdə yazılan rəylərdən və şəxsi həyatından danışıb

16.06.2022 6008
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6738
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7260
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4341
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2658
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5681