İlhamə Quliyeva Azərbaycan tamaşaçısını təhqir edib

İlhamə Quliyeva Azərbaycan tamaşaçısını təhqir edib"İlhamə Quliyevanın "Mən yemirəm, yedizdirirəm..." ifadəsi təkcə Nazpəri xanıma deyil, bütün Azərbaycan tamaşaçılarına qarşı təhqir idi".

Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib.

Millət vəkili "Qafqazinfo"ya bildirib ki, son dövrlər Azərbaycanın tanınmış sənətçiləri, o cümlədən xalq artistləri arasında bir-birlərinə qarşı mətbuatda gedən savaş, biədəb şəkildə çəkilmiş fotolarının yayılması və ən nəhayət məhkəmə çəkişmələri biabırçılıqdan başqa bir şey deyil:

"Xüsusilə son vaxtlar xalq artisti İlhamə Quliyeva tərəfindən digər xalq artistləri Məleykə Əsədovaya, Nazpəri Dostəliyevaya, Brilliant Dadaşovaya, Aygün Kazımovaya qarşı "hücum"larının arxasında nə durduğu başa düşülən deyil.

Bir neçə gün öncə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İlhamə Quliyeva haqqında mətbuata belə bir fikir açıqlamışdı: "...bəzən İlhamə xanım o qədər darıxır ki, özü özünə ad verir".

Mən bunu niyə xatırlatdım? Məndə olan məlumata görə Nazpəri Dostəliyeva İlhamə Quliyeva haqqında televiziya və mətbuatda aşağıdakı fikirləri bildirib:

"İlhamə özünü "Dünya sülh səfiri", Cenevrədə "BMT-nin idarə heyətinin üzvü", "Vətən mükafatı laureatı", "Dünya azərbaycanlıları Konqresi mədəniyyət akademiyasının prezidenti" kimi təqdim edir. Görəsən, mövcud olmayan adları ona kim verib? O özü özünə titullar verir. Bəlkə İlhamə Quliyeva Mədəniyyət naziridir, Prezident köməkçisidir?"

Əslində Nizami Cəfərov kimi mən də bilmək istərdim ki, bu adları hansı rəsmi qurumlar verir? Lakin məndə olan məlumata görə adları çəkilən təşkilatlardan bəzilərinin rəhbərliyində olan şəxslər – Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, Samir Adıgözəlli tərəfindən məhkəməyə rəsmi sənəd təqdim olunmuşdur ki, belə bir titullar və fəxri adlar mövcud deyil.

Çox təəssüf edirəm ki, Nəsimi rayon Məhkəməsi tərəfindən N.Dostəliyeva yuxarıda qeyd etdiyimiz fikirlərinə görə İlhamə Quliyevaya mənəvi zərər vurması adı ilə 50 min manat cərimə edilib.

Mənəvi zərər şəxsin yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir.

Mən hakimdən soruşmaq istərdim, Nazpəri xanımın fikirlərindən sonra bu halların hansı baş verib?

Amma unutmaq lazım deyil ki, təxminən bir ay bundan öncə ATV kanalının canlı yayımında İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə canlı telefon bağlantısı zamanı İlhamə xanımın heç bir etik normalara sığmayan və xüsusilə qadına yaraşmayan "Mən yemirəm, yedizdirirəm..." ifadəsi təkcə Nazpəri xanıma deyil, bütün Azərbaycan tamaşaçılarına qarşı təhqir idi.

Belə hesab edirəm ki, Nəsimi rayon Məhkəməsinin dünən verdiyi qətnamə ədalətli deyil, ləğv edilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5282   Tarix: 10 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686