Göz çıxaran eynəklər...

Göz çıxaran eynəklər...Son illər ozon təbəqəsindəki nazikləşmə sözügedən şüaların insan orqanizminə pis təsirini daha da artırır. Mütəxəssislərin dediyinə görə, gözün günəş şüaları ilə birbaşa kontaktda olması katarakta, sarı nöqtə və göz əti kimi xəstəliklərə səbəb olur. Bu da o deməkdir ki, yayda gün altına eynəksiz çıxmaq məsləhət deyil. Amma baxır necə eynək. Söhbətləşdiyimiz mütəxəssislər eynək alarkən aldanmamaq üçün nələrə diqqət yetirmək lazım olması ilə yanaşı, metro stansiyalarının yaxınlığında, keçidlərdə satılan 5-10 manatlıq eynəklərin yaratdığı fəsadlardan da danışdılar. Amma əvvəlcə 7 manatlıq eynəyin "altını" çəkən müsahibimiz istehlakçı Təranənin danışdıqlarına nəzər salaq.

"Başım gicəlləndi, az qaldım yıxılam"

"Optik mağazaların birindən endirimlə 63 manata gün eynəyi aldım. Bu eynəkdə özümü çox rahat hiss edirdim. Aldığım eynəyi itirdiyimə görə yenidən baha qiymətə eynək almaq imkanım olmadığından 28 May metro stansiyasının yaxınlığındakı metro keçidindən 7 manata eynək aldım. Almamışdan əvvəl taxdım, gözümə yaxşı otururdu, sifət quruluşuma yaraşırdı, görməmdə də heç bir problem yox idi"
Müsahibimiz Təranə 7 manatlıq eynəyi sabahısı gün taxıb işə getdiyini deyir: "Eynəyi taxdım və yola düşdüm. Başım gicəllənməyə başladı. Dedim, indi yıxılacağam. Amma başa düşmədim ki, eynəyə görədir. Fikirləşdim ki, yəqin qanım aşağı düşüb. Eynəyi ikinci dəfə taxanda başımın yenə gicəllənməsindən başa düşdüm ki, səbəbkar 7 manatlıq eynəyim imiş".

5-6 manatlıq eynəklər katarakta yaradır

Oftalmoloq Rəhman Allahverdiyev bizimlə söhbətində ilk növbədə istehlakçılara optik mağazalardan gün eynəyi almağı məsləhət gördü: "Şüşə eynəklər daha məqsədəuyğundur. Plastmas eynəklər isə ziyandır. Metro keçidlərində ucuz qiymətə satılan eynəklər günəş şüalarının qarşısını almır, əksinə gözün bu şüaları daha çox qəbul etməsinə səbəb olur. Keyfiyyətsiz eynəklər həmçinin torlu qişaya zədələyici təsir göstərir. Hətta uzun müddət bu cür eynəkdən istifadə gözdə kataraktanın yaranmasına gətirib çıxarır. Keyfiyyətsiz eynəklər gözdə xəstəliklərin yaranma prosesini daha da sürətləndirir".

Orta səviyyəli eynəyin yalnız şüşəsi 15 manata başa gəlir

AVİS Tibbi Marketlər Şəbəkəsinin optika bölməsinin müdiri Rəşad Əliyevin sözlərinə görə, metro keçidlərində satılan gün eynəklərinin xam maddəsi, nədən hazırlandığı bəlli deyil: "Bu cür eynəkləri gözdə 1-2 dəqiqədən artıq saxlayanda adamın gözündə yorğunluq, ağırlıq yaranır, göz ağrıyır. Bu cür eynəklər gözü şüalardan qorumur, əksinə, şüaları daha çox qəbul etməsinə səbəb olur. Orta səviyyəli şüşənin hazırlanması, yəni maya dəyəri 14-15 manata başa gəlir. Eynəyin digər hissələrini də bura əlavə etdikdə, maya dəyəri 40-60 avro arasında dəyişir. Amma 5-6 manatlıq eynəyin şüşəsinin nədən hazırlanması bəlli deyil, klyonkadan, qablardan və s. xammaldan hazırlandığından bu cür eynəklərin xeyirdən çox ziyanı var".
Müştərilərin çox vaxt şüşə eynəklərə üstünlük verdiyini deyən R.Əliyev bildirdi ki, orqanik şüşəli eynəklər də keyfiyyətlidir: "Optik mağazalarda satışda olan eynəklərin 90 faizi orqanik olur, yalnız bəzi markaların istehsalı olan eynəklərin cəmi 10 faiz şüşə olur".

Tünd şüşələr ziyandır

Müsahibimiz bildirdi ki, çimərlikdə, adi günlərdə, sükan arxasında ayrı-ayrı formalı və şüşəli eynəklər taxılmalıdır: "Məsələn, sürücülər üçün eynəyin palaroid olması önəmlidir. Palaroid eynəklər bir neçə saat ərzində yolda sükan arxasında olan adamın gözlərini yormur, yolu daha aydın görməsinə səbəb olur. Buna görə də sürücülər üçün paloroid şüşələr məsləhətdir".
Alıcıların adətən daha tünd şüşəli eynəklərə üstünlük verməsinə gəlincə, R.Əliyev dedi ki, normalda şüşənin tündlüyü 60-70 faiz olmalıdır: "Daha tünd şüşəli gözlüklər gözə zərərlidir. Hətta bir az çox taxanda göz dibinin suyunu quruda bilər".

Nəyə fikir verməli?

Oftalmoloq Nübar Bəhramova isə qəzetimizə açıqlamasında bildirdi ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən gözlüklər almaq məsləhətdir: "Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynadın. Əgər dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq lazımdır. Əgər ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin də saxta olduğuna əmin ola bilərsiniz. Metro keçidlərindən eynək alarkən bəzən çərçivələri də əyri olur. Eynək alarkən şüşəsində cızıq olub olmamasına fikir verin. Əgər cızıq varsa, almamaq məsləhətdir. Çəhrayı və narıncı rəngdə şüşəsi olan eynəklər almaq məsləhət deyil. Mavi rəngli şüşəsi olan eynəklər isə gözün günəş şüalarını daha çox qəbul etməsinə səbəb olur".

Korluq yarada bilər

Oftalmoloqun sözlərinə görə, keyfiyyətli gün eynəyindən istifadə gözümüzdə günəşin yaratdığı zərərli şüalar nəticəsində erkən yaşlarda ortaya çıxa biləcək kataraktın yaranma riskini azaldır: "Qlobal istiləşmə səbəbindən günəşli günlərin sayı və zərərli şüalar getdikcə artmaqdadır. Gözlə birbaşa təmasda olan günəş şüaları gözdə katarakta və görmə mərkəzində "sarı nöqtə" xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Hətta bəzən korluğa da gətirib çıxara bilər. Günəş şüaları gözdə yanma, quruluq, sulanma, işıqdan narahat olma, göz qapaqlarını açmada çətinlik çəkmə kimi problemlərə də səbəb olur. Buna görə də gün eynəyindən istifadə vacibdir".

N.Bəhramova istehlakçıların bəzən bahalı eynəklərə qaçmasının da düzgün olmadığını bildirdi: "Bəzən istehlakçılar hesab edirlər ki, bahadırsa, demək keyfiyyətlidir. Amma bəzi mağazalar bundan istifadə edərək elə metro keçidlərindən eynək alaraq mağazalarında baha qiymətə alıcılara satırlar. Buna görə də bahalığa deyil, keyfiyyətə fikir verin. Bunun üçün də eynək alarkən satıcıdan onun sertifikatını tələb edin"

mənbə : xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6542   Tarix: 15 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086