Bakıda "Qran Pri" yarışları start götürür

Bakıda "Qran Pri" yarışları start götürürBakıda UIM F2 Dünya motorlu qayıq çempionatının ikinci mərhələsi olan "Bakı Qran Pri" yarışları start götürür. iyulun 6-7-də keçiriləcək yarışda 12 ölkədən 20 komanda iştirak edəcək.

Bu gün turnirlə əlaqədar brifinqdə jurnalistlərə açıqlama verən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun sözlərinə görə, bu yarışın keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, bu idman növü ölkədə təbliğ olunacaq: "Belə tədbirlərin keçirilməsinin dünya gənclərinin və idmançıların bir araya gəlməsində böyük əhəmiyyəti var. Onlar arasında dostluq münasibətləri yaranır. Azərbaycanda ilk dəfədir ki, motorlu qayıq üzrə beynəlxalq yarışın keçirilməsinə baxmayaraq, çox yüksək səviyyədə təşkil olunub".

Azərbaycan Motorlu Qayıq Assosiasiyaları Federasiyasının prezidenti İbrahim İbrahimov bildirib ki, yarışdan sonra Azərbaycanda bu idman növünə olan maraq artacaq. O, növbəti illərdə Azərbaycanı yerli idmançıların təmsil edəcəyinə ümid etdiyini deyib: "Bizim məqsədimiz "Qran Pri" yarışlarını Azərbaycana gətirmək, dünyada Azərbaycanı təmsil etmək, tanıtmaq, həmçinin bu idman növünü Azərbaycanda inkişaf etdirməkdir".

Federasiyanın prezidenti qeyd edib ki, Azərbaycan F2 yarışlarında 2008-ci ildən bəri iştirak edir, əsasən də mükafatçılar sırasında yer alır: "Azərbaycan bu yarışda yalnız bir qayıqla təmisl olunur. Mən inanıram ki, bizim komandamız layiqli yer tutacaq. Bir ay öncə İsveçdə keçirilən yarışda Azərbaycan komandası ikinci yeri tutub".

Ölkəmizi təmsil edən İsveçdən olan idmançı Jonas Andersson isə deyib ki, Azərbaycan komandası yalnız birinci yer uğrunda mübarizə aparacaq: "Biz qələbəyə ümid edirik. Bu çətin olacaq, çünki burada çox təcrübəli, güclü sürücülər iştirak edir. Amma biz özümüzdə birinci yeri tuta biləcək qüvvəni hiss edirik".

Onun sözlərinə görə, növbəti illərdə Azərbaycan komandasının heyəti genişlənə bilər və əlavə qayıqlar və idmançılar, o cümlədən yerli sürücülər cəlb edilə bilər.
Qeyd edək ki, iyulun 6-sı Bakı buxtasında saat 10:00-da start götürəcək motorlu qayıqların yarışını vətəndaşlar sərbəst şəkildə Bakı bulvarından izləyə biləcəklər.

mənbə: xeber24.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1187   Tarix: 07 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 614
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 345
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 979
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 262
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 0
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 14
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 278
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 186
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 147