Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)

Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Azərbaycan mədəniyyət günləri iyulun 7-də 1945-ci ildə istehsal olunan "Arşın mal alan" filminin nümayişi ilə başlayıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fondunu təşkil edən bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab olunur. Digər tərəfdən ölkəmizdə kino sənayesinin tərəqqisinə mühüm tövhə verən bu filmin şöhrəti hələ də yaşayır, xalqımız hər nümayişində "Arşın mal alan"ı sevə-sevə izləyir. Artıq 70 ilə yaxındır ki, ekranlardan düşməyən "Arşın mal alan" çəkildiyi vaxtdan nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti gətirib.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğular nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş və uzun illər ekranda nümayiş olunan xarici ölkə filmlərinin arasından "100 sevimli film" seçilmişdir. Bu sorğuda "Arşın mal alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl siyahı"ya daxil edilmişdir. Bunu şərtləndirən amillər də mühüm tərəfləri ilə diqqəti cəlb edir. Çünki təkcə 1945-ci ildə bu filmə 16 milyondan çox insan tamaşa edib.

Film indiyə qədər 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunmuşdur. Budəfəki nümayişin ən böyük özəlliyi də Kann tamaşaçılarına filmin fransız dilində alt yazısı ilə çatdırılması idi.

Qeyd etmək lazımdır ki, filmi maraqlı edən amillər arasında aktyor truppasının oyunudur.

Məsələn, "Arşın mal alan" xalq artistləri Rəşid Behbudovun və Lütfəli Abdullayevin kinoda ilk işləridir. Bununla yanaşı, çəkiliş vaxtı istifadə olunan zinət əşyalarından tutmuş ev əşyalarına qədər hər şeyin təbii olması, butafordan istifadə edilməməsi "Arşın mal alan"ın özəlliyini daha da artırır. "Arşın mal alan"a şöhrət gətirən ən böyük amillərdən biri də əlbəttə ki, Üzeyir bəyin ölməz musiqisidir.

Sonra Kanın məşhur La Kruazet bulvarında "Natiq" ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olmuşdur. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyib.

Konsert tamaşaçılarda tamamilə fərqli təəssüratlar yaratmışdır. Burada, Azərbaycanın milli musiqi aləti, xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın səsini Kann şəhərinə çatdıran "Natiq" ritm qrupu sözün əsl mənasında dinləyiciləri valeh etmişdir. Qrup üzvləri konsertdə ən məşhur kompozisiyalarını səsləndirmişlər. Qrupun çıxışı ifaçıların misilsiz enerjisi, dəqiqliyi və peşəkarlığı ilə yadda qalmış və tükənməz alqışlarla müşayiət olunmuşdur. Bu alqışlar Azərbaycan mədəniyyətinə verilən ən yüksək dəyər idi.

Azərbaycan Dövlət rəqs ansamblının çıxışı da konsert keçirilən axşama xüsusi ovqat qatmışdır. Ümumiyyətlə Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır.

Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Beləliklə, Azərbaycan mədəniyyət günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunub.

Mədəniyyət günlərinə bu konsertlə yekun vurulması bir daha nümayiş etdirmişdir ki, Azərbaycan qədim tarixə, rəngarəng mədəniyyətə malik zəngin bir diyardır. Azərbaycan dövləti hər zaman mədəniyyətimizi dünyada tanıtmaq üçün mühüm tədbirlər görür. Bu təqdimatlarda dövlətin apardığı siyasətə daima dəstək olan Heydər Əliyev Fondunun xüsusi rolu vardır.

Beləliklə, bu istiqamətdə atılan addımlar daha effektiv aparılaraq, səmərəli nəticələrini verir. Bu gün Azərbaycan nüfuzlu dünya ölkələri arasında öz layiqli yerini tutmaqla yanaşı, dünyada zəngin, təkrarolunmaz mədəniyyətə malik olan bir ölkə kimi tanınır.

Kannda keçirilən Azərbaycan mədəniyyət günləri bir məqamı da sübut etdi ki, dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət vasitəsi mədəniyyətdir.

mənbə: axsam.az

Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)Prezidentin ailəsi "Arşın mal alan" filminə baxdı (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15663   Tarix: 10 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497