Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötür

Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötürBu gün Bakı Metropolitenində törədilmiş dəhşətli terror aktından 16 il keçir. 3 iyul 1994-cü ildə Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötürTerror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən, anası girov alındıqdan sonra məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötürA.Aslanov "Yerevan-Mineralnıye Vodı-Bakı" marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar.

P.S: Allah terror qurbanı olan hər kəsə rəhmət eləsin!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10539   Tarix: 03 iyul 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Space TV"də işə başladı

Aparıcı Vüsalə Səid "Space TV"də işə başlayıb. Axşam.az xəbər verir ki, aparıcı kanalın xəbərlər buraxılışını təqdim edəcək. Bu barədə Vüsalə sosial media hesabında özü paylaşım edib. Qeyd edək ki, V.Səid Lider TV, İctimai TV, AZTV kimi kanallarda çalışıb

15:04 199
.

"MEQAPLUS MMC"-dən şikayət: "Mənə olan borc elə 130000 manatdır"

Sumqayıt şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemlə bağlı -a müraciət edb. O bildirib ki, avqustun 20-si 2024 ci il tarixində "MEQAPLUS MMC" tərəfindən ona təklif edilən, Üzeyir Hacıbəyli 57 ünvanında yerləşən binada (Ferrari binası kimi tanınan) işə başlayıb. İşə başlamazdan əvvəl rəsm

16:50 177
.

Məhərrəm ayı başlayır

Məhərrəm ayı Miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək. Axşam.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin müraciətində bildirilib. "Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri

14:04 228
.

Roma Papası DÇ-2026-dan yazdı: "Pas verməyi bacarmayan şəxs oyunu hələ dərk etməyib"

Futbol üzrə dünya çempionatının startına az qalmış Roma Papası XIV Leo azarkeşlərə səslənərək onları həmrəyliyə və qarşılıqlı yardımın vacibliyinə diqqət yetirməyə çağırıb. xəbər verir ki, Roma Papası bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Futbol bizə unutmamalı olduğumuz bir şeyi xatırladır

12:52 196
.

Donald Tramp: "ABŞ bu gecə İranı sərt şəkildə bombalayacaq"

ABŞ Prezidenti Donald Trump bildirib ki, Vaşinqton yaxın vaxtlarda İranın hərbi imkanlarına qarşı genişmiqyaslı addımlar ata bilər. Onun sözlərinə görə, İranın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, hava hücumundan müdafiə sistemləri, radar infrastrukturu və digər strateji hərbi potensialı artı

20:44 69
.

"3 ilə kitab yox olacaq" fikri nə dərəcədə doğrudur?

"Bəzi rəhbər şəxslər cəmiyyətin diqqətini müəyyən sahələrə yönəltmək, ictimai müzakirələr yaratmaq və ya təhsil sistemindəki durğunluğu əsas gətirərək islahatlara zəmin hazırlamaq məqsədilə qəsdən rezonans doğuran, hətta absurd görünən bəyanatlar səsləndirirlər. Bu yanaşma bəzən "şok terapiyası"

15:10 178
.

Süd Yolu qalaktikası ilə bağlı YENİ FƏRZİYYƏ

Hamburq Universitetinin tədqiqatçıları ehtimal edirlər ki, Süd Yolu qalaktikasının "çatışmayan" adi maddəsinin böyük bir hissəsi 3I/ATLAS kometinə bənzər ulduzlararası obyektlər şəklində ola bilər. Müəlliflərin hesablamalarına görə, belə obyektlər əvvəllər qaranlıq maddəyə aid edilən kütləni

22:15 2
.

Endokrinoloq izah edir: Yeməkdən sonra qısa gəzinti şəkəri necə azaldır?

Qan şəkərinin səviyyəsi yeməkdən sonra yüksələ bilər, lakin 10-15 dəqiqəlik qısa gəzinti bu artımı azaltmağın sadə və effektiv yollarından biri sayılır. Qaynarinfo xəbər verir ki, bu barədə endokrinoloq Suma Qondi "VeryWell Health" nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, yeməkdə

15:36 191
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Oxrimovka və Donetsk vilayətinin Roskoşnoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirıiyi məlumat yayıb

22:00 1
.

TOP MP3