Mən onun stopunu verdim, otuzdurdum yerində (Video)

Mən onun stopunu verdim, otuzdurdum yerində (Video)Xalq artisti: "İlhamə Quliyeva bar verən sənətçidir, buna görə də ona daş atan çoxdur".ANS TV-də nümayiş olunan "Baş Xəbər"in budəfəki qonağı Azərbaycanın Xalq artisti İlhamə Quliyeva olub. Xalq artisti son günlər adı ətrafında yaranmış qalmaqallara aydınlıq gətirib. Sənətdə bir igidin ömrünü yaşadığını deyən xalq artisti bar verdiyi üçün ətrafdan daşlandığını deyib: "İlhamə Quliyeva 50 ildir sənətdədir. İlhamə Quliyeva bar verən sənətçidir, buna görə də ona daş atan çoxdur. Deməli mən yaradıram və deməli mən varam. Daş atanın daşı qaydıb özünə dəyir. Rüsvay olur, rəzil olur. Daş atanı, sataşanı, çaşanı mən məhkəməyə vermişəm və məhkəməni udmuşam".

İ. Quliyeva özünə hörmət qoyduğunu, heç kimə bu hörməti ələ salmağa icazə verməyəcəyini qeyd edib: "Mənim özümə çox böyük hörmətim var və heç kimə də icazə vermərəm ki, mənim 50 ildə damla-damla topladığım bu hörməti, adı, statusu efirdə ələ salsın. Mən onun stopunu verdim, otuzdurdum yerində. Onu məhkəməyə verdim və uddum. Deyirlər məhkəmə sifarişlidir. Bu da böyük cinayətdir. Bu, Azərbaycanın dövlət strukturları üçün, hüquq orqanları üçün, məhkəmələri üçün böyük təhqirdir".

Xalq artisti məruz qaldığı hücumların onu qısqanan, daxili murdar insanlar tərəfindən həyata keçirildiyini deyib: "Qısqanclar, daxili natəmiz olanlar, daxili murdar olanlar, daxilində diskomfort olanlar əlbəttə məni həzm edə bilmirlər. Belə bir neçə nəfərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Onların fikri mənim üçün meyar deyil. Xalq məni sevir. Mən də deyirəm, şükür sənə Pərvədigara".

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 673   Tarix: 11 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390