Azərbaycanlı sümüksüz oğlan dünyanın ən böyük sirkinə dəvət alıb (Foto, Video)

Öz təkrarsız çıxışları ilə uzun illər boyu Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən həmyerlimiz Araz Həmzəyev indi də dünyanın bir nömrəli sirki sayılan, Kanadanın Cirque du Soleil ("Günəş sirki") sirkinin Las-Veqasdakı proqramına dəvət alıb. Baş ofisi Kanadanın Monreal şəhərində yerləşən Cirque du Soleil, dünyada analoqu olmayan nəhəng bir sirk korporasiyasıdır. Bu sirkin hər bir proqramı üzərində böyük yaradıcı qrup çalışır, sirk artistləri, rejissorlar, xoreoqraflar, geyim və qrim ustaları, səs rejissorları və başqa sənət sahibləri bir araya gələrək, maraqlı süjetə malik baxımlı, rəngarəng, qeyri-adi tamaşalar yaradırlar. Əsası 1984-cü ildə qoyulan Cirque du Soleil sirkinin tamaşaları dünyanın 280-dən artıq şəhərində nümayiş edilib. Hazırda "Günəş sirki"ndə 40 fərqli millətə mənsub 4 min adam çalışır.

Cəmi 26 yaşı olduğuna baxmayaraq, zəngin yaradıcılıq bioqrafiyası olan Araz Həmzəyev çox kiçik yaşlarından etibarən sirkdə çıxış etməyə başlayıb, gərgin məşqlər nəticəsində öz bədəninin yüksək dərəcədə elastikliyinə və çevikliyinə nail olub. Xarici ölkələrdə "Sümüksüz oğlan", "İlan - adam" ləqəbi ilə məşhurlaşmış Araz, son 15 il ərzində Avropanın ən məşhur sirklərinin – İtaliyanın "Medrano", "Circo Embel Riva", "Lidia Togni", "Rony Roller", "Circo di Francia", " Circo di Mosca", "Bellucci", İspaniyanın "Raluy", Norveç Krallığının "Arnardo", Finlandiyanin "Sirkus Finlandia" və digər bu kimi sirklərinin heyətində müvəffəqiyyətlə çıxış edib.

Arazın istedadı teatr rejissorlarının da diqqətini cəlb edib. 2001-ci ildə məşhur İtaliya rejissoru Romeo Kastelluçi onu hazırladığı "Genezis" tamaşasına dəvət edib. Tamaşa Moskvada, A.P.Çexov adına IV Beynəlxalq teatr festivalında uğurla nümayiş olunduqdan sonra, dünya turuna çıxaraq, Los-Anjeles, Melburn, Pert, Honq Konq, Seul şəhərlərində də göstərilib.
Araz Həmzəyev mütəmadi şəkildə müxtəlif beynəlxalq sirk festivallarına da dəvət olunur. Bu il İjevskdə keçirilən festivaldakı uğurlu çıxışından sonra, o, noyabrda Fransanın Sen-Pol-le-Daks (Saint-Paul-lès-Dax) şəhərində keçiriləcək beynəlxalq sirk festivalına, eləcə də dekabr ayında Almanyanin "Circus Flic Flac" sirkinə dəvət alıb.

mənbə: anspress.com

Azərbaycanlı sümüksüz oğlan dünyanın ən böyük sirkinə dəvət alıb (Foto, Video)Azərbaycanlı sümüksüz oğlan dünyanın ən böyük sirkinə dəvət alıb (Foto, Video)Azərbaycanlı sümüksüz oğlan dünyanın ən böyük sirkinə dəvət alıb (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5595   Tarix: 11 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390