Güləşçilərimiz Universiadada iki medal qazandılar (Foto,Video)

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir. Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, proqrama əsasən, yarışların beşinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşi üzrə müsabiqələr keçirilib. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

55 kq
Eldəniz Əzizli 1/8 finaldan mübarizəyə başlayıb və Braziliya təmsilçisi Rafael Camargos üzərində (8:0) inamlı qələbə qazanıb. 1/4 finalda Eldəniz qırğız Eldiyar Beqaliyevlə qarşılaşıb. Görüşü (4:3) qələbə ilə başa vuran güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda Eldəniz Əzizli Rusiya güləşçisi İvan Tatarinovla görüşü məğlub başa vurub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Həlledici görüşdə Eldəniz Əzizli Türkiyə güləşçisi Ferhat Tekini (6:2) məğlub edib və bürünc medala sahib olub.

66 kq
1/16 finaldan yarışa başlayan Rəsul Çunayev alman Toni Stade üzərində (7:0) inamlı qələbə qazanıb. Növbəti mərhələdə polşalı Griqorz Vankeni (8:0) məğlub edən Rəsul 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimiz Türkiyə təmsilçisi Muhammet Kocatinazla qarşılaşıb və (6:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda Rəsul Çunayev iranlı Afşin Byabanqardı (7:1) mübarizədən kənarlaşdırıb. Finalda Rəsul Çunayev Rusiya güləşçisi İslambek Albiyev üzərində 32 saniyə ərzində inamlı (8:0) qələbə qazanıb və qızıl medala sahib olub.

84 kq
1/16 finaldan mübarizəyə başlayan Fuad Əliyev gürcü Beka Rokva ilə qarşılaşıb. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb. 3 dəfə xəbərdarlıq alan Fuad Əliyev mübarizəni erkən dayandırıb.

120 kq
1/8 finalda Abbas Abdullayev Estoniya güləşçisi Kaarel Maatendən (9:2) üstün olub. 1/4 finalda macar Balint Lamla görüş güləşçimiz üçün uğurlu alınmayıb.

Xatırladaq ki, Universiadada artıq mübarizəni tamamlayan sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

mənbə: anspress.com

Güləşçilərimiz Universiadada iki medal qazandılar (Foto,Video)Güləşçilərimiz Universiadada iki medal qazandılar (Foto,Video)Güləşçilərimiz Universiadada iki medal qazandılar (Foto,Video)Güləşçilərimiz Universiadada iki medal qazandılar (Foto,Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1526   Tarix: 16 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740