İlham Əliyev: "Bir Prezidentin portreti…"

İlham Əliyev: "Bir Prezidentin portreti…"Azərbaycan Respublikasının Tehrandakı səfirliyi İranda "İlham: Bir Prezidentin portreti" kitabını fars dilində nəşr etdirib.

Görkəmli tədqiqatçı Qril H. Vilson tərəflindən ingilis dilində qırx bölmə üzrə yazılmış kitab Azərbaycanın qədim tarixindən, XX əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyinin fəaliyyəti və süqutundan, sovetlər dövründəki ictimai-siyasi proseslərdən, keçmiş SSRİ-nin süqutu ərəfəsində təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxistiqamətli inkişafın göstəricilərindən bəhs edilir.

Xalqımızın tarixi dövlətçilik ənənələrindən bəhs edən müəllif yazır ki, Azərbaycanın geosiyasi mövqeyi zaman–zaman böyük güclərin bu bölgədəki maraqlarının toqquşmasına səbəb olub. Nəticədə Azərbaycan xalqının maddi–mədəni irsinə qarşı çoxistiqamətli təcavüz halları baş verib. Qeyd edilir ki, tarixin bütün dövrlərində Azərbaycan xalqı müstəqil dövlət yaratmaq üçün bütün imkanlara malik olmuş, bu istiqamətdə dəyərli ənənələr yaradıb.

Kitabda XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri geniş təhlil edilib, sovet hakimiyyətinin ölkəmizə gətirdiyi bəlalara nəzər yetirilib.

Müəllif yazır ki, Azərbaycan XX əsrin əvvəllərində qarşılaşdığı dövlətçilik böhranını həmin əsrin sonunda yenidən yaşayıb. Hər iki halda Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş təcavüz kimi tarixə düşüb. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskarlıq obrazı yaradıb. Ümummilli Lider təcavüzkar Ermənistanı atəşkəsə məcbur edib, həyata keçirdiyi uzaqgörən neft strategiyası ilə region ölkələrinin kompleks inkişafı üçün yeni bir şərait yaradıb. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Azərbaycan beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirib, bütün parametrləri ilə qüdrətlənib, xalqın rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Yüksək dizaynla və keyfiyyətli poliqrafiyada 512 səhifədə çap edilmiş kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid, ulu öndər Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair nadir fotolar yerləşdirilib.

Kitabda qeyd olunan faktlar, göstərilən mənbələr, dəyərli fikir və mülahizələr Azərbaycanın tarixi və müasirliyini tədqiq edən farsdilli mütəxəssislər üçün əhəmiyyətli vəsaitdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3908   Tarix: 05 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 897
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 257
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 353
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 552
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 269