Azərbaycanda hər doğulan uşağa 82.50 manat

Azərbaycanda hər doğulan uşağa 82.50 manatAzərbaycanda hər doğulan uşağa 82.50 manat birdəfəlik müavinət verilir. Ailədə xəstə uşaq varsa, onlar həmin uşağa 18 yaşına çatana qədər 60 manat əlavə müavinət alır.

Post-sovet məkanı ölkələrində də vəziyyət Azərbaycandan yaxşıdır.
Azadqadın.az saytı bu sahədə başqa ölkələrdəki vəziyyəti araşdırıb və məlum olub ki, post-sovet məkanı ölkələrində də vəziyyət Azərbaycandan yaxşıdır.

Belə ki, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca həmin pulun həcmi də artır.

Ermənistanda əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir. Digər MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir.
Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.

Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Avropaya doğru getdikcə…

Avropaya doğru getdikcə ölkəmizdəki qiymətlərlə başqa ölkələrin əhali artımına verdiyi dəyər fərqi də böyüyür.

Məsələn, keçmiş sovet respublikası olan Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.

Avstriyada ailələrdə uşaqların sayı artdıqca dövlət də öz köməyini artırır. Burada ilk doğulan körpənin 10 yaşına çatana qədər ailəsi 130 avro, 19 yaşına qədər 153 avro alır. Dünyaya gələn ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşında ailəsinə onun adına ipoteka krediti sənədləşdirmək imkanı verilir.

Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.

ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.

İsveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.

İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.

Finlandiyada hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.

Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul, İsveçrədə isə 345 dollar verir.

Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

Sosial tələblərə görə üsyanların baş verdiyi ərəb ölkələrində də vəziyyət Azərbaycanla müqayisədə xeyli yaxşıdır. Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.
Nazirlikdə deyil, Milli Məclisdə həll olunur…

Bütün bu rəqəmlərlə müqayisədə Azərbaycan ailəsinin aldığı 82.60 manat müavinət çox kiçik görünür. Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyində də rəqəmin kiçik olduğunu etiraf edirlər. Lakin bu məsələnin Nazirlikdə deyil, Milli Məclisdə həll olunduğu qənaətindədirlər.

Müstəqil ekspert Qubad İbadoğlu da bu fikirdədir ki, dövlət uşaqlarla bağlı sosial siyasətini yenidən dəyərləndirməlidir. Qubad İbadoğlu AzNews.az-a açıqlamasında bildirib ki, onlar bu qənaətə 2012-ci ildə İqtisadi Tədqiqatlar Mərkəzində büdcədən uşaqlara yönələn xərclərin təhlilindən sonra gəlib. Əslində, uşaqlarla bağlı sosial siyasətin uğursuzluğu uşaqların sayında da özünü göstərib. Belə ki, tədqiqatlar son on ildə uşaqların sayının azaldığını da göstərib. Bu da dövlət qayğısının az olması ilə əlaqələndirilir: "2012-ci ildə dövlət büdcəsindən uşaqlara 2.2 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin cəmi 11 faizi uşaqların sosial müdafiəsinə yönəldilib.

Xərcləmələri üst-üstə götürəndə də, ortaya çıxan məbləğ əhəmiyyətli rəqəm olmur

Uşaqlara birdəfəlik müavinətdən başqa çoxuşaqlı ailələrə 10.80 AZN ünvanlı sosial yardım verilir. Yetim və valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına 45 manat ödənilir. Q.İbadoğlunun sözlərinə görə, hətta bütün bu xərcləmələri üst-üstə götürəndə də, ortaya çıxan məbləğ əhəmiyyətli rəqəm olmur.

İqtisadi Tədqiqatlar Mərkəzi 0-14 yaş qrupunda olan uşaqların bir aylıq minimum yaşayış səbətini də hesablayıb və məlum olub ki, uşaqların minimum yaşayışını təmin etmək üçün 210 manat tələb olunur. Bu isə deməkdir ki, real xərclərlə dövlətin ödədiyi vəsait arasında böyük fərq var. Bu da son nəticədə uşaqların sayının azalmasına səbəb olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6836   Tarix: 05 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

20:35 0
.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

12:20 222
.

Yunanıstan tərəfindən ölən qeyri-qanuni miqrantlar xilas edildi

Yunanıstanın sahil mühafizəsi tərəfindən Bodrumun şimal-qərbində qalan qeyri-qanuni miqrantların xilas edildiyini açıqlayıb. BİG.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:

14:30 0
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 151
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

20:27 0
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

11:07 222
.

Lənkəranda "Range Rover" yandı

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

10:37 318
.

"Yol kəsmənin cəzası ağır olmalıdır" - Nəqliyyat eksperti

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilər

15:09 128
.

İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. xəbər verir ki, bu barədə MTV Lebanon məlumat verib. Bildirilib ki, İtaliya vətəndaşları üçün zəruri konsulluq xidmətləri davam etdiriləcək

21:15 0