"Bağçanı bitirən azyaşlılar orta təhsil müəssisələrində əziyyət çəkmirlər" - Video

"Bağçanı bitirən azyaşlılar orta təhsil müəssisələrində əziyyət çəkmirlər" - VideoÖlkədə məktəbəqədər yaşı olan uşaqların sayı ilə müəssisələrin sayı disbalans təşkil edir.Azərbaycanda məktəbəqədər yaşı olan uşaqların sayı ilə müəssisələrin sayı disbalans təşkil edir. Başqa sözlə, azyaşlıların yalnız 20 faizi bağçaya gedə bilir. Elə valideynlər də var ki, ümumiyyətlə uşağını bağçaya qoymağa maraq göstərmir. Bu uşağın sonrakı taleyində xoşagəlməz hallar yaradır.

Uşaqların bağçaya göndərilməsi həmişə mübahisə mövzusu olub. Valideynlərin əksəriyyəti uşaqlarını məcburiyyətdən, yəni işlədiklərindən bağçaya qoyur. Halbuki bu məsələ qanunvericiliklə zəruri hal hesab edilir. Evdar xanımların əksəriyyəti övladlarını özləri, bəzi valideynlər isə yaşlı nənələrinin yanında tərbiyə etməyə üstünlük verirlər. Müasir dövrdə isə valideynlər uşaqlarını evdə dayə tutmaqla tərbiyə edirlər. Əslində bunun üçün təlim-tərbiyə müəssisələri mövcuddur. Ekspertlər hesab edir ki, uşaqların bağçalara cəlbi üçün təbliğat aparılmalıdır. Uşaq hüquqları üzrə qeyri hökumət təşkilatının sədri Nazir Quliyevin fikrincə, məktəbəqədər təhsil müəssisələri uşaqların həyatında böyük rol oynayır. Çünki bağçanı bitirdikdən sonra balacalar orta təhsil müəssisələrində əziyyət çəkmirlər.

Uşaq psixoloqu Anarə Baxşəliyevanın sözlərinə görə, uşaqların bağçalarda tərbiyə alması onun psixologiyasına müsbət təsir edir. Uşaqlar digər həmyaşıdları ilə çox ünsiyyətdə olduğundan onlarda inkişaf da güclü gedir. Psixoloq onu da bildirdi ki, nənə-baba yanında tərbiyə alan uşaqlar digərlərindən daha ərköyün olurlar. Bu da uşaq böyüdükcə onun psixologiyasına təsirsiz ötüşmür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1858   Tarix: 24 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390