Uşaqların atıldığı məbəd Dəhşətli - Video

Uşaqların atıldığı məbəd Dəhşətli - VideoHindistanın Maharaştra ştatındakı Qrişneşvor məbədində dünyanın
ən qəribə və təhlükəli mərasimlərindən biri keçirilir. Ayinin mahiyyəti bundan ibarətdir:
iki yaşınadək olan uşaqlar qorxu və göz yaşları içində məbədin yuxarısından,
15 metr hündürlükdən aşağı atılır və ibadət yerinin yaxınlığında duran bir qrup valideyn açılmış
döşəkağı ilə övladlarını tuturlar. Tükürpərdici mənzərədir, deyilmi?! Kənardan körpələrin edamına bənzəyən bu
qorxunc ayin nəticəsində son 150 ildə üç uşaq həyatını itirib.
Görəsən, yerli əhalini belə mərasim keçirməyə nə vadar edir?
Maharaştra ştatında yaşayan müsəlman və hinduslar inanırlar ki, 700 il yaşı olan bu ayin səbəbilə övladları ağıllı,
sağlam olacaq və gələcəkdə böyük uğur qazanaraq yüksək mövqe tutacaqlar.
Lakin azyaşlı uşaqların məruz qaldığı ciddi psixoloji travmaları nəzərə aldıqda yerli dindarların
bu inancı ilə heç cür razılaşmaq olmur. Bəzi uşaqlar məbədin hündürlüyündən atıldıqdan sonra
özünə qapanır, heç kəslə ünsiyyət qurmayaraq inkişafdan geri qalırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4331   Tarix: 28 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390