Əməkdar artistin ad günüdür

Əməkdar artistin ad günüdürBu gün əməkdar artist Abbas Bağırovun ad günüdür.

Müğənni 31 yaşını qeyd edir.

Abbas Bağırov 1982-ci ildə Tovuz şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda orada 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb.

1998-ci ildə məktəbi bitirib. 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kollecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən əməkdar artist Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjimançı Samir Şirinovla birgə çalışıb.

2003-2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub. Həmçinin Türkiyə, Rusiya, Fransa, İtaliya, Amerika və digər Avropa ölkələrində təşkil olunan festivallarda da, Azərbaycanı təmsil edib.

2005-2009-cu illərdə "A-trio" adlı qrup yaradıb. Lakin bir müddət sonra qrup dağılıb. 2006-ci ildə "Sarı gəlin" xalq mahnısına qısametrajlı film-klip çəkdirib. 2007-ci ildə Gəncə şəhərinin 2500 yaşıyla əlaqədər şəhər icra hakimiyyətinin önündəki meydanda konsert verib.

Son bir neçə ildir ki, özü də mahnı yazır. Bu bəstələri, həm özü, həm də bir çox digər müğənnilər ifa edirlər.

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən əməkdar artist fəxri adına layiq görülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2186   Tarix: 29 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21.04.2024 1114
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

10:42 180
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 934
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 535
.

Vüqar Muradov: "Cavanşir Məmmədov mənim ağsaqqalım idi"

"Cavanşir Məmmədov mənim ağsaqqalım idi". Bunu -a açıqlamasında müğənni Vüqar Muradov deyib. O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:. "Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda old

20.04.2024 523
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1205
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 329
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

20.04.2024 2184
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

11:21 105