"Valideynlərim məni bayquş adlandırırdı"

"Valideynlərim məni bayquş adlandırırdı"- Uzun illərdir ki, yaradıcılığınızı izləyirəm. Elə bil, bu cəmiyyətin adamı deyilsiz...

- Mənə də elə fikirləşirəm. Bəlkə də bu, formalaşdığım və böyüdüyüm mühitdən irəli gəlir. Həyətimiz rusların hərbi şəhərciyinin yaxınlığında idi. Uşaqlığım demək olar ki, orada keçib. Eyni anda iki məhəllədə böyümüşəm. Yarı "qədeş" , yarı da "rus" olmuşam. Universitetdə də təhsilim daim ikiyə bölünüb. Müəllimim internet olub. Hər bir insan internetdə öz istədiyini tapır. Biri porno, biri elm. Həmin mühitdə Aristotel də, meyxanaçı Üzeyir də var. Kim nə istəyir, onu da götürür. Yəqin ki, orada müəyyən mənbələrdən gələn məlumatlar məni bu günə salıb. Şou-biznesdə öz yerimdə deyildim. İndi qorxuram ki, kinoda eyni vəziyyətə düşəm. Rejissorluq fakültəsində oxumuşam, arzum kino çəkmək olub. Ancaq o vaxt kino çəkmək çətin idi, ona görə də məcbur olub girişdim klipə. Bir gün ayıldım ki, şou-biznesin tam mərkəzindəyəm. Ancaq şou-biznesdəkilər məni heç vaxt doğma saymayıblar. Həmişə yad olmuşam onlara. Həm də onlar üçün həddindən artıq intellektual, məsuliyyətli və özündən razı...

- Bəs kinoya gəlişiniz necə qarşılandı?

- Kinoçular məni şou-biznes əhli və həddindən artıq məşhur hesab edirlər. Demirəm ki, məni qeyri-ciddi sayırlar, amma mənfi münasibət də var. Gülərək deyirlər ki, gəlib kino çəkməyə, buna şou-biznes azlıq edirdi. Əslində, burada da özümü yad hiss edirəm. Yəni nə orada doğmayam, nə də burada. Yenə də iki dünya arasındayam.

- Hansının düz olduğunu da bilmirsiniz?

- Əslində, həqiqət bu iki dünyanı arasındadır. Kinematoqrafiyamızda marketinq və piyar çatışmır. Məsələn, film çəklir. Çəkilən film haqda da bir qısa film olmalıdır. Filmin piyarı və reklamı getməlidir. Bütün dünyada belədir. Bir milyona yaxın vəsait ayrılır, film çəkilir Bu məbləğin müəyyən hissəsi reklama xərclənməlidir ki, camaatın xəbəri olsun. Və mən bu işlə məşğul olmaq istəyirəm. İndi reklam biliklərimi kinoya gətirmək istəyirəm.

- Siz həbsxanaya düşəndə mətbuatda müxtəlif məlumatlar dərc edildi. Dostlarınız, işçiləriniz, qarşı tərəf, hər kəs buna münasibət bildirirdi. Gec də olsa bilmək istəyirik, əslində, nə baş vermişdi?

- Borcum var idi, ancaq bunu 3 dəfə şişirtmişdilər, 47 mini eləmişdilər 150 min. 2 il idi ki, məhkəmələr, şantajlar dayanmırdı. Qarşı tərəf hər dəqiqə yerli kanallara, mediaya çıxacaqlarını deyirdilər. Sonda bu məsələ mətbuata çıxdı. Kürdəxanı təcridxanasına çatmamış artıq nələr yazılıb, nələr hazırlanmışdı. Bu, çox adama lazım idi. Xoşbəxtəm ki, kimlərsə xoşbəxt oldu və çox razıyam ki, kimlərsə razı qaldı.

- Çoxlarını ittiham edirsiniz. Amma dəqiq bilirəm ki, bundan üzülənlər də var idi.

- Bilirəm, ancaq 36 günlük həbs mənim qazancım oldu. Yəni, buna layiq idim. Hətta 36 gün yox, 36 aya da razıydım. İnsanlar doğulandan ölənədək çox səhvlər edirlər. Mən xuliqan bir məhəllədə böyümüşəm. Uşaqlıqdan o qədər səhv, hətta qanundan kənar hərəkətlər eləmişəm ki... O baxımdan ürəyim rahatdır, bu həbs olmalı idi.

- Demək, həbsxana həyatının müsbət tərəfləri də var?

- Əlbəttə . Ən azı 36 gün televiziyasız, internetsiz, telefonsuz yaşadım, başım dincəldi, çoxlu kitab oxudum, düşündüm və ən önəmlisi gündəlik yazdım, 2008-ə qədər olan həyatımı. Kitab şəklində nəşr etmək planım var, burada çox adamın iç üzü açılıb. Bilirəm ki, çoxları bu kitabın işıq üzü görməsindən qorxur. Burdan səslənirəm ki, elə qorxsalar yaxşıdır. Bəzi suallara bu kitabla son qoyacam. Mənim şəxsi, xuliqan həyatım hamısı burada yazılıb.

- Məhbusluqdan dönüşünüz necə qarşılandı?

- Münasibət fərqli oldu, çoxlarını məyus etdim. 1 il 6 ay cəza çəkəcəyimi eşidənlər sevinirdilər ki, meydan boş qaldı, pələngə dönmüşdülər. Amma onları peşman etdim.

- Nə yaxşı tez çıxdınız azadlığa?

- Dostlarım bu məsələni tez bir vaxtda həll etdilər. Maddi məsələ həll olunandan sonra apellyasiya məhkəməsi baş tutdu. Əgər pul ödənibsə demək, daha nə şikayətçi var, nə də cinayətkar.

- Qarşı tərəf narazı olmadı?

- Yox, onlar şikayətlərini geri götürdülər, pul ödənildi. Niyə narazı qalmalıdırlar ki?

- Şikayətçi xanım israr edirdi ki, siz öz cəzanızı çəkməlisiniz.

- Əslində, onlar qanunvericiliyi axıradək bilmirdilər. Əgər cəzamı tam çəksəydim, ona pulu verməyə bilərdim. Məhkəmə zamanı prokuror da bunu qarşı tərəfə dedi.

- Sizə orada münasibət necə idi?

- Azadlıqda görmədiyim hörməti orda gördüm. 30 gün tək qaldım, bunu özüm istəmişdim. Bəlkə də ən gözəl istirahətimi orda etdim. Kənardan ora çox qorxulu görünür. Hər kəsə elə gəlir ki, orada məhbuslar daim təhqir olunur, ağır günlər yaşayırlar. Xeyir, orada sadəcə, azadlıq olmur. Orada vaxt çox ləng gedir. Mənim bəxtim belə gətirib, 21 yaşımdan, yəni boşanandan sonra tək yaşamışam. Təkliyə öyrəşmişəm. Hətta 3 gündən artıq bir adamla eyni yerdə qala bilmərəm. Adamlardan tez bezirəm. Adamlar çox olan yerdə istirahət edə bilmirəm. Valideynlərim məni bayquş adlandırırdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2816   Tarix: 30 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164