Öpüş səhnəsinin "qəhrəman"ı illər sonra üzə çıxdı

Öpüş səhnəsinin "qəhrəman"ı illər sonra üzə çıxdı"Bizim Cəbiş müəllim" filminin adı çəkiləndə ekran əsərindəki bir sıra obrazlar dərhal göz önündə canlanır: Cəbiş müəllim, onun arvadı, Suğra xala, Tanya, Makedon, Əbülfəz və s…

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Bu filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir.

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci Gecəsi" ssenarisi əsasında görkəmli rejissor Həsən Seyidbəyli tərəfindən çəkilib.

Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə rol oynaması haqqında fikirləri ilk dəfə olaraq "Bizim Cəbiş Müəllim" filmində Nəcəfov obrazının dili ilə söylənilib: "Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib".

Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndəriblər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən həmin faktların çıxarılmasına göstəriş verir. Amma Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur.

"Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridi də Makedondur. Bu rolu əslən Bakının Prşağı kəndindən olan Aqil Ağacanov canlandırıb. Onu filmə təsadüfən çəkirlər.

Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırır.

Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək. Belə də olur.

Makedon rolunun ifaçısı Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır. Deyirlər rejissor filmin çəkilişləri zamanı Aqilin bəzi kaprizlərinə dözməli olub. Məsələn, Tanya ilə öpüş səhnəsində Makedon - Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın.

Bunu Aqil Ağacanovun özü çox sonralar etiraf edibmiş.

O, Pirşağıda kababçı Aqil kimi də tanınır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7112   Tarix: 07 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 466
.

"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var. Yeni qaydalara əsasən, artıq yaşı 1

07.04.2024 393
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. BİG.AZ -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

07.04.2024 699
.

Evlilik ildönümlərinin adları – Çit, taxta, zümrüd, gümüş, qızıl toy...

Adətən gümüş toy, qızıl toy ifadələrini çox işlədirik. Amma evliliyin hər ilinin öz adı olduğunu az adam bilir. Gümüş toy eləməyə hələ çox varsa siz özünüzə mum, taxta, şüşə toyu edə bilərsiniz. evlilik ildönümlərinin maraqlı adlarını təqdim edir. Evliliyin 1-ci ili çit toy adlanır. 2-ci il - dəri to

02.04.2024 735
.

Kanadadan piyada keçidlərindən rahat keçmək üçün kərpicli həll - VİDEO

Kanadada piyada keçidlərinin yanında kərpic qutular quraşdırılıb. Bunun maraqlı səbəbi var. Belə ki, kərpiclərdən avtomobillərin dayanmasını təmin etmək üçün istifadə olunur. Yolu keçərkən onları əlinizdə tutmaq kifayətdir. Bu, işıqfor olmayan piyada zolağından keçərkən kömək edir. Əslində, kərpic polistiro

07.04.2024 328
.

İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verib

Türkiyənin İstanbul şəhərində 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğu

31.03.2024 371
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 172
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 290
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 389