"Onunla sevgi münasibəti ola bilməz" - Zamiq

"Onunla sevgi münasibəti ola bilməz" - ZamiqBiG.AZ axsam.az-a istinadən bildirir ki, Qızların sevimlisi, gənc müğənni, son vaxtlar teleaparıcı Nanə Ağamalıyeva ilə nişanlanması barədə yazılan xəbərlərlə gündəmi qaynadan müğənni Zamiq Hüseynov sentyabrın 18-i "Yaşıl" teatrda "Bu şəhəri çox sevirəm" adlı ikinci solo konsertini verməyə hazırlaşır. Biz də müğənni ilə konsert məşqləri zamanı görüşdük.

- Zamiqin konsertində digərlərindən fərqli nə olacaq?

- Mənim konsertimdə maraqlı şou rəqslər, sürprizlər, hədiyyələr olacaq. Yeni karaoke diskimi təqdim edəcəm. Konsert boyu mahnıları yalnız canlı oxuyacam. Peşəkar musiqiçilərlə işləyirəm. Başqa ölkədən rəqqasə qızlar gətirəcəm, artıq danışmışıq. Deyə bilmərəm qeyri-adi olacaq, hamı özünə görə çıxış edir, konsert hazırlayır. Hərənin özünə görə performansı var, öz bacarığına görə tamaşaçısını ələ alır.

- Bu, ikinci konsertindir. İlk konsertdən bu günə kimi nə dəyişib?

- Artıq özümə daha çox güvənirəm, insanlara qarşı daha açığam, səhnədə daha sərbəstəm, tamaşaçını ələ almağı bacarıram. İndi təcrübəm çoxalıb, öz üzərimdə daha çox işləmişəm. İlk konsertimdə minuslardan istifadə olunmuşdu. Bu konsertdə yalnız canlı ifa edəcəm.

- Musiqiçilərlə söhbət zamanı qeyd etdiniz ki, bilet satışı ilə maraqlanmırsan. Sizə konsertə gələcək insanların sayı maraqlı deyil?

- Bəli, maraqlanmıram. Bilet satışı ilə prodüserim maraqlanır. İstəyirəm bütün biletlər satılsın, iki minlik zal dolsun, insanlar məni həvəslə izləsin, mən də coşub oxuyum, rəqs edim, onları əyləndirim (Gülür). Lakin beş nəfər də, yüz nəfər də, min nəfər də gəlsə, mən eyni həvəslə ifa edəcəm, mənə dəyər verən insanlarla maraqlı gün keçirəcəm. Mən oxumaqdan zövq alıram.

- Zamiqi efirlərdə gec-gec görürük. Səbəb?

- Mənə elə gəlir ki, efirə çox çıxmaq olmaz. Efirdə tez-tez görünəndə özümə baxmaqdan bezirəm. İnsan nə qədər efirdə görünər? Tamaşaçını bezdirmək olmaz. Əgər mən özümü görməkdən bezirəmsə, deməli, tamaşaçı da məndən bezir. Müğənni hər mövzuda çıxıb danışmamalıdır. Bəzi müğənnilər siyasi, sosial, məişət, hər mövzuda çıxıb danışır. Bu, düzgün deyil. Siyasətdən siyasətçi, sosial mövzulardan sosioloqlar, məişət problemlərindən psixoloqlar və bu işdən anlayışı olan insanlar danışsa, daha yaxşı olar. Məni musiqili verilişlərə çağırsınlar, musiqidən, sənətdən danışıb, istedadımı, yeni işlərimi təqdim edim. Efirdə az görünüb, çox iş görəndə özümdən xoşum gəlir.

- Bu bir gerçəkdir ki, müğənnilər albom satışından gəlir əldə etmir. Bu barədə nə deyə bilərsən?

- Bəli, albom satışından gəlir əldə etmirik. İndi mahnıları internetdən, müxtəlif saytlardan götürürlər. Xaricdə müəllif hüquqları qorunur. Hər hansı bir sayt müğənninin mahnısını yerləşdirirsə, ona müəyyən məbləğ ödəyir. Biz də əziyyət çəkirik, mahnı alırıq, yazdırırıq, aranjeman etdiririk, günlərimizi həftələrimizi sərf edirik. Müəllif hüquqlarımız qorunsa, daha yaxşı olar. Biz də razı qalarıq.

- Qalmaqallardan uzaq gəzən müğənnillərdənsən. Qalmaqal yaradıb, gündə efirə çıxan müğənnilərə münasibətin?

- Müğənninin peşəsi oxumaqdı. Gərək hərə öz işini yaxşı təmsil etsin, vətənimizə, torpağımıza, xalqımıza xeyirli vətəndaş olsun. Mən niyə qalmaqal yaratmalı, başqasını müzakirə etməliyəm? Azərbaycan xalqı çox istedadlı xalqdı. Burada doğulub istedadlı olmamaq günahdı. Hər bir sahədə peşəkar, istedadlı insanlarımız var. Mən fəxr edirəm ki, azərbaycanlıyam və hər bir vətəndaşımıza dəstəyəm. Biz bir-birimizə dəstək olmalıyıq, eyiblərimizi, səhvlərimizi ört-basdır etməliyik ki, bizi istəməyən ölkələr bunu görməsin.

- Gənc kişi müğənnilərin xanım pərəstişkarları çox olur. Sevgi təklifləri alırsan?

- (Gülür). Əlbəttə alıram. Bu normaldı. Və bu sevgidən bezmirəm. Əgər müğənni kimi məni sevirlərsə, dəyər verirlərsə, deməli, mən bu sənətdə sözümü deməyi bacarmışam. Sevgi etiraf edənlər də çox olur. Onları mədəni sürətdə başa salıb, özümdən uzaqlaşdırıram.

- Bəs Zamiqi tamaşaçıya sevdirən, populyarlaşdıran nədir? İfası, yoxsa xarici görünüşü?

- İstəyirəm məni sənətimə, gördüyüm işlərə görə sevsinlər. Daim sənətimin üzərində çalışıram, axtarışdayam, əlimdən gələni edirəm. Sənət adamı görünüşünə, saçına, geyiminə fikir verməlidir. Bu tamaşaçıya hörmətdir. əgər mən tamaşaçı qarşısına çıxıramsa, səliqəli, baxımlı görünməliyəm. Düşünürəm ki, məni mahnılarıma görə sevirlər.

- Xeyriyyə tədbirlərində iştirak edirsən?

- Hər il Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz uşaqlar üçün konsert keçirilir. Orada iştirak edirəm. Uşaqlarla səhnələr qururuq, biz uşaq, uşaqlar müğənni olur. Maraqlı keçir. Orada Murad adlı uşaqla tanış oldum. "Facebook"da dostluğumda da var, balaca istedadlı uşaqdır. O, mənimlə bir səhnəni bölüşmüşdü, çox bəyənmişdim. İndi onunla dostluq edirəm.

- Stilist Samir Əliyev sizi zövqlə geyinən müğənnilər sırasında sıraladı. Geyim seçərkən nələrə fikir verirsən? Brend geyimlərə üstünlük verən müğənnilərdənsən?

- Mənim üçün geyimin brend olub-olmaması vacib deyil. 100 manatlıq köynək də ala bilərəm, 10 manatlıqda. Əsas odur mənə yaraşsın, rəngimə düşsün və cibimə uyğun olsun. Təbii ki, brend paltarlarda alıb geyinirəm, bu paltarlara maraq məndə xəstəlik dərəcəsində deyil. Mən sadə geyimləri geyinib brendləşdirirəm.

- İndi isə keçək şəxsi həyatına. Teleaparıcı Nanə ilə haqqınızda tez-tez nişanlanma xəbərləri çıxır və hər ikiniz bunu inkar edirsiniz. Sizcə, bu xəbərlər nədən qaynaqlanır?

- Bunlar boş söhbətdi. Biz iki yaxın dostuq. Bu xəbərlər necə yaranır bilmirəm. Bizim möhkəm dostluğumuz var. Bizim aramızda sevgi münasibəti ola bilməz. Bir dəfəlik hamı bilsin ki, bizi dostluqdan artıq heç nə bağlamır.

- Nanə xanım dedi, ikiniz tamaşaçılar üçün sürpriz hazırlayacaqsınız. Bu sürpriz nədən ibarətdi?

- Bəli, tamaşaçılara sürpriz hazırlayacağıq. Bu yalnız işlə bağlı olacaq. Sürpriz həyatımızla bağlı deyil. Birlikdə duet oxuyacağıq, yeni mahnı yazdıracağıq. Düşünürəm ki, bizim iş birliyimiz tamaşaçı üçün də maraqlı olacaq.

- Evlənmək haqqında necə düşünürsən?

- Hələ evlənmək haqqında düşünmürəm. Yalnız sənətimlə məşğulam. Yeni mahnılar, kliplər, konsertlər hazırlayacam. Tamaşaçıya sənətdə bütün gücümü göstərəndən sonra ailə qurmaq haqqında düşünəcəm.

- Artıq müğənnilər sosial şəbəkələrdə yeni işlərini təqdim edir, məlumatlar yayır, müəyyən hadisələrə münasibət bildirir, pərəstişkarları ilə əlaqələr qurur. Sosial şəbəkələrdən sıx istifadə edirsən?

- Sosial şəbəkələrdən çox istifadə etmirəm, vaxtım olmur. Əsasən "İnstagram" səhifəmdə oluram, şəkil paylaşıram, digər şəbəkələrdə çox az istifadə edirəm.

- Haqqında təhqir, tənqid oxuyanda, eşidəndə nələr hiss edirsən?

- Mən nə özüm, nə də digər müğənnilər haqqında yazılanları oxumuram. Mənim üçün əhəmiyyətli deyil. Kiminsə həyatı, gördüyü işlər, qalmaqallar məni niyə maraqlandırmalıdı? Bu gün bu müsahibəni sizə verirəm, nə danışdığımı, nələrdən bəhs etdiyim özümə məlumdu. Haqqımda xoşagəlməz yazılar olanda zəng vurub deyirlər və daha o jurnalistlərə müsahibə vermirəm. Adı insanların yazdıqları təhqir, tənqidlərlə fikir vermirəm. Mən hamı üçün özəl ola bilmərəm, hamı məni sevmir, məndən zəhləsi gedən insanlar da çoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5174   Tarix: 12 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 1052
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 732
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1476
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 264
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 1129
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 851
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 847
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 849
.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 631