Aqressiya ilə necə mübarizə aparmalı?

Aqressiya ilə necə mübarizə aparmalı?Aqressiv insan həyatında qazandığı hər şeyi öz davranışı ilə itirə bilər
Aqressiya dağıdıcı gücə malikdir. Aqressiv insan həyatında qazandığı hər şeyi öz davranışı ilə itirə bilər. Mütəxəssislərə görə, qəzəb, kin, nifrət və s. kimi neqativ hisslər aqressiyanın əlamətləridir.

Psixoloq Jalə Məmmədlinin sözlərinə görə, hər kəs hansısa bir vəziyyətlə üzləşəndə küsür, əsəbiləşir, qəzəblənir və aqressiyasını büruzə vermək istəyir: "Bu zaman insan etik qaydalara fikir vermədən qışqırır, nalayiq sözlər deyir, hətta güc tətbiq edə bilər. Ümumiyyətlə, əksər adamların aqressiyanı icra etmək kimi istəkləri olur. Bəzən hətta insan aqressiyanı sözlərlə bildirməklə kifayətlənmir, kimisə vurmaq, nəyisə sındırmaq istəyir. Bu istəklər də bəzən o həddə çatır ki, insan öz qəzəbini cilovlaya bilmir və tam aqressiv davranır".

İnsan daim gərginlikdə olanda onda aqressiya formalaşır. Xüsusilə də çox işləyən və gərginlikdən istirahət edə bilməyən adamlar aqressiyanın qurbanına çevrilirlər. Bununla yanaşı düzgün qidalanmamaq, rejimsiz həyat sürmək, yuxusuzluq, stresslər də aqressiyaya səbəb olur. Hətta bütün bu xoşagəlməz vəziyyətlərdə sakit davranan insan belə hansısa bir situasiyada əhəmiyyətsiz səbəbə görə aqressiv davrana bilər.

Aqressiya ətrafdakılar tərəfindən mənfi qarşılanır. Qışqıran, özünü aqressiv aparan adam normal halda heç kimin xoşuna gəlmir. Psixoloqun dediyinə görə, aqressiya heç də həmişə zərərli olmur. Bəzən insana emosional boşalma xeyir verir. Həm də çox sakit, heç nəyə etiraz etməyən, emosiyalarını büruzə verməyən adamları da sevən az olur. Lakin digər insanlara manipulyasiya, hökmranlıq və qəddarlıq etməklə büruzə verilən aqressiya dağıdıcı olur. Bu cür aqressiyanın qurbanı özünü cilovlamayıb ətrafında olan insanlara zərər yetirə, onların əşyalarını qıra da bilər.

Aqressiyanın orqanizmin təbii müdafiə reaksiyası kimi də üzə çıxdığını deyən həmsöhbətimizin bildirdiyinə görə, insan çox ağrı çəkdikdə, qorxduqda, qıcıqlandıqda da özündən asılı olmadan aqressiv davranışa meyl edir. Bu cür aqressiya ailə üzvləri, yaxın insanlarla ünsiyyətdə problemlərə səbəb olur.

Əksər hallarda aqressiya yad insanlara qarşı yönəlsə də, sevimli, yaxın insanlara, ailə üzvlərinə qarşı da müşahidə olunur. Belə olan halda insan öz davranışını idarə etmir. Hər gün ailədaxili konfliktlər, qışqırıq və isteriyalar onlar üçün adi hala və vərdişə çevrilir ki, bu da ailədə münasibətlərin korlanmasına, səadətin itməsinə gətirib çıxarır. Çox vaxt aqressiv davranış ailənin dağılması ilə də nəticələnir. "Aqressiyaya meylli adamlar ailədaxili konfliktlər zamanı qabları sındıra, mebelləri qıra və bir-birinə xəsarət də yetirə bilərlər. Adətən də bu cür vəziyyət dözülməz həddə çatır".

J.Məmmədli bildirir ki, əgər kimdəsə aqressiya varsa, həmin şəxs onu qıcıqlandıran vəziyyətlərdən uzaq durmağa çalışmalıdır. "Əks halda onu idarə edə bilməyib qəzəbli davranarsınız. Nəzərə alın ki, spirtli içkilər, narkotik vasitələrdən istifadə də aqressiyanı çoxaldır. Bu cür maddələrin qəbulu zamanı insanın psixikası, əsəb sistemi pozulur".

Psixoloqun sözlərinə görə, aqressiya çox vaxt şəxsi münasibətlərdə uğursuzluq, qarşılıqlı anlaşma olmayanda da baş verir. Zamanla tənhalıq hissi ətrafdakılara qarşı aqressiya formasını alır. Uşaqlıqda alınan psixi travmaların da aqressiyanın yaranmasında böyük rol oynadığını deyən Məmmədli bildirib ki, uşaq psixikası çox zərif və həssasdır. Ona görə də uşaqlıqda alınan psixi travmalar bütün ömür boyu iz qoyur. "Əksər hallarda bu cür travmalarla təkbaşına mübarizə aparmaq mümkün olmur və mütəxəssis köməyinə ehtiyac yaranır. Belə ki, şəxs aldığı bu travmalardan xəbərsiz də ola bilər".

Onun dediyinə görə, uşaqlarda aqressiya erkən yaşlardan başlayır: "Artıq həyatının ilk illərində uşaq qışqırması, tərs davranması, əşyaları yerə atması ilə aqressivliyini göstərir. Əslində bu cür davranmaqla uşaq demək istəyir ki, "mən təhlükəsiz vəziyyətdəyəm və ya mənə rahat deyil". Üç yaşında isə uşağın aqressiyası dəyişir və həmyaşıdlarına qarşı yönəlir. Məsələn, uşaqlar oyuncaq davası edirlər. Bununla onlar oyuncağa sahib olmaq üçün üstünlük qazanmaq istəyirlər. 78 faiz uşaqlar arasında aqressiv halın yayılması oyuncaq davası ilə bağlıdır. Bu zaman uşaqlar aqressiv davranır, bir-birini itələyir, bir-birinin üzünə qum atır və s".

Uşağın aqressiv davranmasına çox vaxt ailədəki vəziyyət vadar edir. Belə ki, aildə daim mübahisələr, qışqırıq eşidən uşaq bunu təlqin edərək özü də eynilə davranır. O, öz problemlərini bu yolla həll etməyi öyrənir. Bundan başqa, dəhşət və aqressiya yaradan filmlərə, verilişlərə baxmaq, həmyaşıdları ilə ünsiyyətdə yaşanan problemlər də uşaqlarda aqressiya yaradır. Bunun qarısını almaq üçün bu amilləri aradan qaldırmaq tələb olunur.

İstirahət etmədən çox işləmək də aqressiyanı inkişaf etdirir. Yuxusuzluq, streslərlə üzləşmək, ruhi sarsıntılar da insanı aqressiv edir.

J.Məmmədli hesab edir ki, aqressiya ilə mübarizə aparmaq çox çətindir: "Əgər aqressiya uzun müddət davam edirsə, güclənir və onun qarşısını almaq da çətinləşir. Həm də aqressiyanı gizlətməyə, daxilində boğmağa çalışdıqca növbəti dəfə daha pis formada özünü büruzə verir. Aqressiyaya nəzarət etmək də çətindir. Ona görə də yaxşı olar ki, əvvəlcədən aqressiyaya məruz qalmamaq üçün profilaktik tədbirlər görəsiniz. Bunun üçün idmanla məşğul olmaq məsləhətdir. Bəyəndiyiniz incəsənət növü və ya sevimli məşğuliyyətlə də başınızı qata bilərsiniz. Aqressiyadan qurtulmaq üçün stressə dərhal reaksiya verməmək, neqativ fikirlərdən uzaq olmaq məsləhətdir".

mənbə:Ekspress.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2939   Tarix: 24 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121