Heydər Əliyev Beynəlxalq Aeroportu belə olacaq - Foto

Heydər Əliyev Beynəlxalq Aeroportu belə olacaq - FotoHeydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam edir. Layihənin icraçısı Azərbaycanın "Azvirt" şirkətindən bildiriblər ki, aerovağzal ildə 3 milyon sərnişinə xidmət göstərə biləcək. Tikinti işlərinə 2011-ci ilin mart ayından başlanılan və ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin ərazisi 58 min kvadratmetr təşkil edəcək. Üçbucaq formasında olacaq 4 mərtəbəli bina istifadəyə verildikdən sonra buradan beynəlxalq aviareyslər, mövcud terminaldan isə yerli reyslər həyata keçiriləcək. Mövcud terminaldan isə yerli reyslər üçün istifadə olunacaq.
Yeni terminal binasında beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq olunacaq.
Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşınmaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa olunan yeni aerovağzal kompleksin bu il istifadəsi nəzərdə tutulub.

Heydər Əliyev Beynəlxalq Aeroportu belə olacaq - FotoHeydər Əliyev Beynəlxalq Aeroportu belə olacaq - FotoHeydər Əliyev Beynəlxalq Aeroportu belə olacaq - FotoHeydər Əliyev Beynəlxalq Aeroportu belə olacaq - FotoHeydər Əliyev Beynəlxalq Aeroportu belə olacaq - Foto


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7858   Tarix: 25 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş