Saç tökülməsi ciddi xəstəlikdən xəbər verir

Saç tökülməsi ciddi xəstəlikdən xəbər verirGözəl, qalın və parlaq saçlar bütün xanımların arzusudur. Lakin zaman keçdikcə saçlar seyrəlməyə, parlaqlığını itirməyə başlayır

Saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması və ya düzləşdirilməsi isə bu prosesi daha da sürətləndirir.

Saç ustası Kəmalə Zeynalovanın sözlərinə görə, saçın tökülməsi təbii prosesdir: "Bəzən xanımlar bir-iki teli daraqda qalan kimi həyəcan keçirir, saçlarının töküləcəyini düşünürlər. Gün ərzində 50 tükün tökülməsi adi haldır. Bu halda həyəcan keçirməyə ehtiyac yoxdur. Əgər saçlar çox tökülürsə, bu halda narahat olmağa dəyər. Saçlar normadan çox tökülməyə başlayanda hər dəfə saça daraqla çəkəndə darağın üstündə qalır, yastığın üzərinə tökülür" deyən K.Zeynalova əlavə edib ki, saçlar müxtəlif səbəblərə görə tökülə bilər. Onun sözlərinə görə, pis qidalanmaq, maddələr mübadiləsinin pozulması, genetik faktorlar, çəkinin kəskin aşağı düşməsi, dərman qəbulu, hormonal pozğunluqlar, yuxusuzluq, depressiya, stress və ruh düşkünlüyü, yanlış qulluq, saçların tez-tez rənglənməsi, fenlərdən istifadə saçların tökülməsinə səbəb olur.

Xanımlar saçlarının tökülməsini istəmirlərsə, həyat tərzinə fikir verməlidirlər. Belə ki, düzgün qidalanmadıqda, siqaret çəkdikdə və spirtli içki içdikdə saçlar tökülməyə başlayır və insan səhhətində tədricən ciddi problemlər yaranır. Bununla yanaşı, saçlara düzgün qulluq da vacibdir. "Çalışın ki, saçlarınızı yuyanda şampunu yaxşı yaxalayasınız. Saçı qurutduqdan sonra ehtiyatla daramaq lazımdır. Yaş saçı isə daramaq məsləhət deyil. Belə ki, bu zaman saçlar asanlıqla qırılır. Saçı qurudarkən də dəsmalla çox sürtmək onların qırılmağına, gözəlliyinin və parıltısının itməsinə gətirib çıxarır. Kimyəvi yolla saçların burulması, düzləşdirilməsi və rənglənməsi isə saçların qənimidir. Bu proseslərdən sonra saçlar gözəlliyinin və sayının yarısını itirir".

Saçların gözəlliyini bərpa etmək üçün saç ustası bir-iki məsləhət də verib: "Yatmazdan əvvəl başın dərisini masaj edin. Bunun üçün xüsusi masaj daraqları da ala bilərsiniz. Masaj başın dərisinin qan dövranını yaxşılaşdıracaq. Nəticədə saçların kökləri xeyli vitamin qəbul edəcək. Unutmayın ki, daraqları vaxtaşırı sabunla yumaq lazımdır. Darağı başqasına vermək və ya başqasının darağı ilə saçı daramaq da düzgün deyil. Belə etdikdə, müxtəlif dəri xəstəliklərinə yoluxa bilərsiniz. Səliqəsiz adamın darağını istifadə etdikdə isə saça bit də düşə bilər".

Müntəzəm olaraq saça qulluq üçün nəzərdə tutulan maskalar da etmək olar. Lakin saç üçün maska, şampun və başqa vasitələr seçdikdə keyfiyyətlisinə üstünlük verilməlidir. "Ən yaxşısı - təbii maskalar düzəltməkdir. Həm də təbii yolla düzələn maskalar daha effektiv olur. Saça parıltı və gözəllik verən, misal üçün, zeytun yağı və yumurta sarısından hazırlanan maska tətbiq edə bilərsiniz. Bunun üçün 1 çay qaşığı zeytun yağını, 1 yumurta sarısını, 1 çay qaşığı limon suyunu qarışdırıb saçın d


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6102   Tarix: 12 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1052
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 849
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 599
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 812
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1019
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1093
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 595
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 821
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1282