Keyt Moss və Adriana Lima Bakıda podiuma çıxa bilər

Keyt Moss və Adriana Lima Bakıda podiuma çıxa bilərBiA.az saytı axsam.az saytına istinadən bildirirki, Modelyer Fəxriyyə Xələfova dəfiləyə hazırlaşır.

Bu haqda məlumatı modelyerin özü verib. O, bu yaxınlarda Çində keçirilən "İpək yolu" festivalında nümayiş etdirdiyi libasları Bakıda da göstərişə çıxaracağını bildirib:

"Geyimlərim üçün ipək tapmaq heç də asan olmadı. Mənə qədim dövrdən qalan parçalar lazım idi. Buna görə də bir ay İçərişəhərdəki suvenir mağazalarını gəzib, qədimdən qalan ipəkləri tapıb aldım. Onları birləşdirib, müasir sintezli gözəl libaslar hazırladım. Elə buna görə də Çində ən zəngin kolleksiya mənimki idi. Muzeydə saxlanılacaq libaslar hazırlamışam. Onun Azərbaycanda nümayişini təşkil edəcəm. Məkan isə İçərişəhər olacaq. İpək kolleksiyama ancaq oradakı sərgi salonları yaraşar".

F. Xələfova gələcəkdə daha böyük dəfilə hazırlayacağını və bunu "Cristall Hall"da keçirəcəyini bildirib. Həmin dəfilədə isə podiuma çıxmaq üçün dünyanın dörd bir yanından modellər dəvət ediləcək. Onlar arasında Keyt Moss, Adriana Lima kimi məşhurlar da olacaq:

"İstəyirəm, "Cristall Hall"da böyük bir dəfilə keçirim. Oraya 30 min tamaşaçı yerləşir. Amma bundan qorxmuram. Çünki Heydər Əliyev sarayındakı moda nümayişimə 2 min insan bilet alıb gəldi. Buranı da dolduracaqlarına inanıram. Sözügedən nümayişə dünyanın məşhur modelləri toplanacaq. Həmin dəfiləmdə Keyt Moss, Adriana Limanı görmək arzusundayam. Mənim dünya ulduzları ilə işləmək təcrübəm olub. İstanbulda moda nümayişimdə Şəbnəm Şefer, Parisdə tanınmış modellə çalışmışam. Onlar geyimi elə gözəl formada təqdim edirlər ki, baxan paltara heyran qalır. Bunları reallaşdırmaq üçün mənə maddi imkan və cəsarət lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1473   Tarix: 20 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İftar süfrəsinə hazırlaya bilərsiniz

"İftar menyusu"nu təqdim edirik:. Cənnət şorbası. Ərzaqlar:. 2 qaşıq kərə yağı. 3 xörək qaşığı qarğıdalı unu. 1 orta kartof. 1 soğan. 2 diş sarımsaq. 2 stəkan toyuq suyu. 4 stəkan qaynar su. 1 çay qaşığı qara bibər. 1 çay qaşığı duz. Üzəri üçün:. 2 xörək qaşığı yağ. 1 çay qaşığı üyüdülmüş qırmız

08.04.2024 524
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

07.04.2024 287
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 244
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 277
.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

07.04.2024 309
.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 469
.

Dünyanın ən çox ziyarət edilən şəhərləri açıqlandı - SİYAHI

2023-cü ildə turistlərin ən çox ziyarət və axın etdiyi şəhərlər məlum olub. -in xəbərinə görə, "Euromonitor International" 2023-cü il üçün dünyanın ən çox ziyarət edilən şəhərlərinin məlumatlarını açıqlayıb. Siyahıya Türkiyənin İstanbul şəhəri başçılıq edir. Sözügedən şəhərləri təqdim edirik:

05.04.2024 506
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. BİG.AZ baku-tv-yə istinadən xəbər verir ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar

31.03.2024 584
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14.04.2024 258