"Yaşa dolduqca enerjim artır" - Tünzalə

"Yaşa dolduqca enerjim artır" - TünzaləXəbər verdiyimiz kimi, bu gün əməkdar artist Tünzalə Ağayevanın doğum günüdür.

Səbəbkar doğum günündə modern.az-ın suallarını cavablandırıb.

- Tünzalə xanım, öncə sizi təbrik edirik. Maraqlıdır ilk təbriki kimdən aldınız?

- Ad günümü ilk olaraq, ailəm, valideynlərim, övladım, yaxın dostlarım təbrik edir. Bir ənənə var. Öncə yaxın dostlar, sonra dəyərli tamaşaçılar, media nümayəndələri müxtəlif vasitələrlə mənə təbriklərin çatdırırlar. Hər biri sağ olsun.

- Ad gününüzü necə qeyd edəcəksiniz?

- İndiyə kimi heç vaxt təmtəraqlı ad günü keçirməmişəm. Hətta səfərdə, konsertlərdə keçirdiyim ad günüm də olub. Bu gün də ad günümü evdə dostlarla, yaxınlarla qapalı şəraitdə keçirəcəyəm. Çünki xasiyyətimdə təmtəraq sevmək yoxdur. Amma bəzən hiss edirəm ki, gələcək ad günülərimdən birini daha geniş çərçivədə keçirmək istərəm. Maraqlı bir gün keçirmək niyə də olmasın?

- Kimdənsə xüsusi təbrik gözləyirsiniizmi?

- Elə adamam ki, xüsusi kaprizlərim yoxdur. Ailəmdən və sevdiyim insanlardan nəsə uma bilərəm. Amma xüsusi nəsə olmasa, özümü pis hiss etmək kim bir şey yoxdur.

- Yaşa dolduqca kompleks hiss edirsinizmi?

- Yox, yox. Hər yerdə çox rahat deyirəm ki, 1976-cı ildə anadan olmuşam, bu gün 37 yaşım tamam olur. Amma sağlam həyat tərzi sürdüyümdən çox adam bu yaşı mənə vermir. Bu normaldır, insan hər yaşını yaşamalıdır.

- Yaşlanmaqdan qorxmursunuz ki?

- Qətiyyən. Əksinə, yaşım rəqəm olaraq çoxaldıqca, içimdəki enerji çoxalmağa başlayır. Sanki gənclik enerjisi doğulur məndə yenidən.

- Özünüzə edəcəyiniz hədiyyə var?

- Mənim hədiyəm yeni yazacağım mahnı ola bilər ki, onun üzərində işləyirəm. Bu gün bir neçə dəyərli dostlarımın - müğənni Xəyyam Nisanovun, teleaparıcı İlkin Həsəninin, bəstəkar İsa Məlikovun da ad günüdür. Onları da təbrik edirəm. Bu insanlar əzizlərimdir, xətirlərini çox istəyirəm. Bütün mənə gələn təbrikləri, arzuları, diləkləri onlara da arzulayıram.

- Yaradıcılıqda nə yeniliklər var?

- Böyük Hüseyn Cavidin sözlərinə yazdığım "Gülbahar" adlı mahnını radiostansiyalara vermədən çox böyük ajiotaja səbəb oldu. İnternetdə bu qədər baxılmasını gözləmirdim. Bütün tamaşçılar sağ olsun. Hələ ki bu mahnının dönəmini gözləyəcəyəm. Ondan sonra blyuz janrında yenə bir lirik mahnı düşünürəm. Mart ayında yaza uyğun templi bir mahnımız da olacaq.

Böyük layihələrimizdən biri noyabrın sonunda Ankarada Ankara Caz Simfonik Orkestri ilə baş tutacaq. Bu orkestrlə Ankarada konsertimiz olacaq. İnşallah, yaxınlarda bununla bağlı geniş açıqlama verəcəyəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1559   Tarix: 24 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262