BAK Bako Saakyanla bağlı bəyanat yaydı

BAK Bako Saakyanla bağlı bəyanat yaydıBenilüks Azərbaycanlıları Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanın Brüsseldə "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzusunda keçirilən görüşdə iştirakı ilə əlaqədar bəyanat yayıb.

BiG.AZ anspress-ə istinadən xəbər verir ki, "2013-cü il oktyabrın 15-də Brüsseldə baş tutan görüşün gündəliyinə salınmış "Soyqırım və beynəlxalq hüquq", "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzularının adlarından bəlli olur ki, işğalçı Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı tutduğu destruktiv və işğalçı mövqeyini davam etdirməkdə israrlıdır".

Benilüks Azərbaycanlıları Konqresi bəyan edir ki, Avropa Birliyi qondarma Dağlıq Qarabağ respublikasının qondarma prezidenti ilə görüşmək əvəzinə Ermənistana təzyiqlər göstərməli, BMT qətnamələrinə qeyd-şərtsiz əməl edərək işğala son qoymağa məcbur etməlidir.

Benilüks Azərbaycanlılar Konqresi bildirir ki, Avropa Parlamentinin üzvləri işğal nəticəsində öz ərazisindən qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün fəaliyyətə keçməlidir.

Benilüks Azərbaycanlıları Konqresi 2013-cu il oktyabrın 15-də Avropa Parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla görüşlər zamanı bəzi deputatların ermənipərəst çıxışlarını pisləyir və birmənalı şəkildə BMT-nin Beynəlxalq Ədalət Şurasının təmsilçisinin qərəzli çıxışına və anti-Azərbaycan mövqeyinə qətiyyətlə etiraz edir: "Görüşdə Bako Sahakyanın Xankəndi əməliyyatı ilə Drezdenin bombalanmasını müqayisə etməsi və ərazi bütövlüyü prinsipini yanlış şərh etməyə çalışması, Qarabağın Azərbaycana Stalin tərəfindən verilməsi bəyanatını səsləndirməsi ən azından tarixi saxtalaşdırmaq məqsədi daşıyır. Dağlıq Qarabağa sərnişin təyyarələrinin uçuşuna Azərbaycanın imkan verməməsinin beynəlxalq terror adlandırılması isə bütün sərhədləri aşmaq və ermənipərəst siyasət yürütməkdən başqa bir şey deyildir".

Benilüks Azərbaycanlıları Konqresi bütün bunları nəzərə alaraq bildirir ki, bu cür qərəzli çıxışlar bizə BMT-nin Beynəlxalq Ədalət Şurasının bəzi üzvlərinin ermənipərəst mövqe tutduğunu, ikili standartlardan çıxış etdiyini və beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olduğunu deməyə əsas verir.

Benilüks Azərbaycanlılar Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti ilə Avropa Parlamentinin görüş keçirməsini şiddətlə qınayır, ermənipərəst millət vəkillərinin və siyasətçilərin anti-Azərbaycan mövqeyini pisləyir və onları haqq-ədalətin yanında olmağa çağırır.

BAK bəyan edir ki, bu səpkidə görüşlər və müzakirələr, düşünülmüş şəkildə səslənən fikirlər Azərbaycan Dövlətçiliyinə qarşı siyasi təxribat, təzyiq vasitəsi kimi qəbul olunur, sülh danışıqlarına mane olur və münaqişənin həllini dalana dirəyir.

"Bu qəbildən olan beynəlxalq görüşlər Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində keçirilməlidir" bəyanatda belə deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 888   Tarix: 30 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188