Türkiyə möhtəşəm layihəni gerçəkləşdirdi VİDEO

Türkiyə möhtəşəm layihəni gerçəkləşdirdi VİDEOBiG.AZ xezerxeber.com-a istinadən xəbər verir:Ölkəmizi tədbirdə nəqliyyat nazir Ziya Məmmədov təmsil edib.

Asiya ilə Avropa arasında, dənizin altında fasiləsiz dəmiryolu nəqliyyat xəttini təmin edəcək qlobal səviyyəli əhəmiyyətli layihə Marmarayın açılış mərasimi prezident Abdullah Gül, Türkiyə parlamentinin sədri Cəmil Çiçək, baş nazir Rəcəb Təyyib Ərdoğanın iştirakı ilə başlayıb.

Cümhuriyyətin 90-ci yüzilliyində baş tutan Üsküdar meydanında keçirilən mərasimə həmçinin Somalinin prezidenti Həsən Şeyx Mahmud, Yaponiyanın baş naziri Şinzo Abe, Rumuniya baş naziri Viktor Ponta ilə 8 ölkədən 9 baş nazir də qonaq olub.

İstanbul valisi Hüseyin Avni Mutlu mərasimdə layihənin önəmini vurğulayaraq bildirib ki, tarixi şəhər olan İstanbul bugün insanlıq tarixinə və qüdrətli adına layiq dərin bir imza atılır. Bilirilib ki, Marmaray sadəcə İstanbul və Türkiyə üçün deyil, bütün dünya üçün önəmli olan bir layihədir. Marmaray əsrin yox, əsirlərin layihəsidir. Tarixə, mədəniyyətə, sülhə və rifaha yeni bir qapı açılır İstanbuldan.

İki qitəni birləşdirəcək "Marmaray" xətti dünya mediasının da gündəmindədir. Almaniyanın məşhur "Der Spiegel" internet səhifəsində "növbəti dayanacaq: Asiya" başlığıyla məqalə hazırlayıb. Jurnal bu barədə yazdığı xəbərində "türklərin bir yuxusu gerçəkləşdi" ifadəsini işlədərək bu layihənin Türkiyənin yeni gücününü simvolu olaraq göstərildiyini vurğulayıb.

Qeyd edək ki, 62 metr dərinlikdə inşa edilən və iki qitəni birləşdirən Marmaray layihəsi dünyada ilk belə bir layihədir. Milyonlarla insanın yaşadığı İstanbulda nəqliyyat probleminin həlli məqsədilə inşa edilən tunelin 1.4 kilometri dənizin altında inşa edilib.

Layihə tamamlandığında isə İstanbulun iki sahilindəki hava limanlarının dəmiryolu vasitəsiylə bağlanmasını hədəfləyir. Türk Yapon ortaq konsorsiumu tərəfindən inşa edilən Marmaray layihəsi bütövlükdə 76 km uzunluğunda və 36 dayanaqdan ibarət olduğu və gündə 1.5 milyon sərnişin daşıma imkanına sahib olduğu da müəyyən edilib.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan iqtisadiyyat və davamlı inkişaf naziri George Kvirikaşvili, Bolqarıstan nəqliyyat, informasiya və əlaqələr naziri Danail Papazov, Moldova nəqliyyat və yol infrastrukturu naziri Vasili Botnar, Kosova nəqliyyat və infrastruktur naziri Edmond Haxinasto, İspaniya kənd təsərrüfatı naziri Anna Maria Pastor Jluani, Rumıniya nəqliyyat naziri Roman Manesku və bu ölkənin xarici işlər naziri George Giambia, Yaponiya nəqliyyat və turizm nazirinin müavini Tsuyşi Takagi, Qazaxıstan baş nazirinin müavini Azat Bekturov, Almaniya Nəqliyyat, Kənd Təsərrüfatı və Şəhərləşmə Nazirliyinin müşaviri Jan Muecke, Pakistan Limanlar və Dənizçilik Nazirliyinin müşaviri Rukhsan Rəhman da mərasimdə iştirak ediblər.

Yaponiya baş naziri çıxışında Tokiodan İstanbula qədər sürətli dəmir yolu xəttinin yaradılmasını təklif edib.

Nəinki Tokio-İstanbul, hətta Tokio-İstanbul-London sürətli dəmir yolu xəttinin qurulmasının mümkün olduğunu söyləyən Rəcəb Tayyib Ərdoğan isə çıxışında "Marmaray"ın əsrin deyil, əsrlərin layihəsi olduğunu və tunel-keçidin Türkiyədə Respublika elan olunmasının 90-cı ildönümündə açılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bu keçidin region və dünya iqtisadiyyatı üçün çox mühüm olduğunu söyləyib.

Türkiyə prezidenti Abdulla Gül isə 153 il əvvəl arzulanan bir layihənin həyata keçdiyini vurğulayıb.

Qeyd edək ki, gün ərzində 1 milyon insan 62 metr dərinlikdəki tuneldən çəkilən dəmir yolu vasitəsi ilə iki qitə arasında məsafəni 4 dəqiqəyə qət edəcək.

Bu dəmir yolu xətti Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərin Avropaya daşınmasında da mühüm əhəmiyyət kəsb edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2796   Tarix: 02 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390