Azərbaycanda güclü zəlzələ baş verəcək? - AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ baş verəcək? - AÇIQLAMAAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi Qlobal Zəlzələ Proqnozu Proqramının gələn ilin birinci yarısında Azərbaycan ərazisində 5,8-6,5 bal gücündə zəlzələ baş verəcəyi ilə bağlı açıqladığı məlumatı əsassız hesab edib.

BiG.AZ Apa-ya istinadən xəbər verir ki, Bu barədə yazılanlar hamısı nağıldır. Zəlzələ ilə bağlı konkret məlumat veriləndə onun koordinatı, yeri və digər məsələlər verilir: "Ötən il Zaqatalada baş verən 5,6-5,7 bal gücündə zəlzələ Bakıda hiss olunmadı. Onda da verilmişdi ki, zəlzələ Zaqataladan 18 km cənub-şərqdə, müəyyən dərinlik və maqnitudada baş verib. Zəlzələ ilə bağlı verilən proqnozlar belə olmalıdır. Lakin heç bir koordinat, yer göstərilmədən ümumi Azərbaycanda zəlzələnin baş verəcəyi barədə söylənilən fikirlərin hamısı nağıldır. Sonradan harada bir zəlzələ olsa, deyəcəklər ki, bu barədə demişdik, olmayanda da yada düşməyəcək. Onlar özlərini reklam və tanıtdırmaq xatirinə belə yalan informasiyalar yayırlar. Özünə hörmət edən alim və ya seysmoloq heç bir vaxt belə məlumatlar vermir".

Q.Yetirmişli qeyd edib ki, insan şüuru əmələ gələndən bu günə kimi bu cür təbii fəlakətlərə qarşı mübarizə aparmağa çalışır: "Bu gün elmin, texnologiyanın bu cür inkişafında hələ zəlzələ proqnozu məsələsi qapalı qalıb və gələcəkdə də qalacaq. Çünki bu, yerin dərinliyində gedən proses olduğundan çox mürəkkəb məsələdir. Ümumi Azərbaycandakı zəlzələ ocaqlarında mövcud vəziyyətə gəlincə, hazırda maqnitudası 5-6-dan yuxarı olacaq bir təhlükə yoxdur".

Qeyd edək ki, Qlobal Zəlzələ Proqnozu Proqramının 2014-cü il üçün açıqladığı hesabatda gələn il dünyanın 12 bölgəsində güclü zəlzələlərin baş verə biləcəyi ehtimalı irəli sürülür. Bu ölkələr sırasında İrandan sonra ikinci yeri Azərbaycan tutur. Gələn ilin proqnozlarına görə, İranın şimalında güclü zəlzələ baş verməsi ehtimalı çox böyükdür. Bu ölkənin şimalında, Azərbaycan sərhədlərində 6,3 – 7 bal gücündə zəlzələ proqnozlaşdırılır. Zəlzələ təhlükəsi böyük olan ölkələr sırasında Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu iki ölkədə baş verən zəlzələlər arasında əlaqə olduğunu açıqlayıblar. Azərbaycanda 5,8-6,5 bal gücündə zəlzələnin gələn ilin ilk yarısında ənənəvi zəlzələ episentrlərində baş verəcəyi ehtimal edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4004   Tarix: 09 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 299
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

20:29 0
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 189
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 158
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

15:23 178
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0