Buna vəhşi demək olarmı? - FOTO

Buna vəhşi demək olarmı? - FOTOValentin Gruener və Mikkel Legart Sirga adlandırdığı bu balaca aslan balasını köməyə ehtiyacı olan bir vaxtda xilas edib. Bu gənc ekoloqlar Sirga ilə elə oynayırlar ki, elə bil ev heyvanıdır. Sirga az qala ailənin bir parçası hesab edilir.

Vaxtilə iki nəfər tərk edilmiş bu aslan balasını Afrika çöllüklərindəki kollardan xilas edib, ona valideynlik ediblər.

Legard müsahibəsində bildirib ki, Sirga onun qürurunun bir hissəsi kimidir:

"Onlar üç bala idilər. Sirgadan əvvəl iki bala ölmüşdü. Bu balaca aslan balası isə ac qalmışdı. Bu bizim ərazimizdə baş vermişdi və biz kənarda durub onun ölümünü izləyə bilməzdik".

Adıçəkilən ekoloqlar "Modisa Wildlife" layihəsi çərçivəsində Afrikada aslanların nəslini qorumaq üçün işləyirlər. Beləcə onlar köməyə ehtiyacı olan aslan balasını xilas edərək şəkillərdə də göründüyü kimi, onunla doğmalaşıblar.

Sirganın Gruener və Legarthla dostluq etdiyini videodan da izləmək mümkündür.

Sirga digər aslanlar kimi deyildi, ancaq bu iki ekoloqun həndəvərində gəzirdi, halbuki onu geriyə - xilas edildiyi əraziyə qaytarmaq vaxtı gəlmişdi:

"Biz 10000 hektarlıq ərazini mühafizə edirik. Burada şir, vəhşi it kimi xeyli yırtıcı heyvanı xilas etmişik. Hazırda işimizə davam etmək üçün sponsor axtarırıq. Beləcə Sirga kimi heyvanlar xilas ola bilər".

Ən təsiredici məqam isə aslanın gənc ekoloqların boynunu doğmalıqla qucaqlamasıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1533   Tarix: 05 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390