"Azərbaycanın musiqi tarixində rekord qırdım"-Faiq Ağayev

"Azərbaycanın musiqi tarixində rekord qırdım"-Faiq AğayevBir neçə gün sonra xalq artisti Faiq Ağayevin səhnəyə gəlişinin 25 illiyi tamam olacaq.

BiG.AZ saytı axşam.az saytına istinadən xəbər verir ki, müğənni əlamətdar gün haqqında fikirlərini "Facebook" sosial şəbəkəsində bölüşüb.

F. Ağayev bu müddətdə qazandığı uğurlardan bəhs edib:

"Bir neçə gün sonra səhnə fəaliyyətimin 26-cı ilinə "Salam!" deyəcəyəm. Bu illərdə taleh mənə böyük xoşbəxtliklər bəxş etdi. İlk müsabiqəm olan "Bakı Payızı'88"də mükafatı dahi Tofiq Quliyev mənə təqdim etdi. 4 il sonra bəstələdiyi məşhur "Sənə də qalmaz" mahnısı ilə "Yalta 92" Beynəlxalq müsabiqəsində çıxış etdikdən sonra şəxsən özü telefonla mənə tərif söylədi. Mədəniyyət və İncəsənət Universitetində böyük sənətkarlar dərs keçdi mənə: Rafiq Atakişiyev, Cənnət Səlimova, Cahangir Novruzov, Yaşar Nuri, Şəfiqə Məmmədova. Ustadlarımın illər sonrası mənimlə fəxr etməsi ən böyük mükafatım oldu! 4 nüfuzlu Beynəlxalq müsabiqədən uğurla, qələbə ilə döndüm Vətənə. Seçilən bəstəkar və şairlər mənə mahnılar yazdı, xalqın sevgisini qazandım. 28 yaşımda Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycanın ən gənc "Əmkədar Artist"i oldum. 2007-ci ildə Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Azərbaycan musiqi tarixində mütləq rekorda imza atdım. 36 yaşımda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə növbəti fəxri ad ilə təltif olundum. Və indi Azərbaycanın ən gənc "Xalq Atisti" adını böyük məsulliyyət, sevinc ve qürur ilə daşıyıram.

Bu illər ərzində əldə etdiklərimi əziz tutub, sənətimə, özümə sahib çıxan Azərbaycan xalqına həsdiz minnətdar və borcluyam! Məni sevməkdə davam edin! Arxamca danışan, ayağımın altını qazmağa, şər-böhtanla adıma ləkə atmağa cəhd edənlər isə uğurlarımı həzm etməyə məhkumdurlar!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1437   Tarix: 10 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Zamiq Hüseynov: "Kiminsə sözü məni narahat etmir"

"Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş, bacısına və sevənlərinə söz atmaq deməkdir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu verilişləri

25.03.2024 521
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1191
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1057
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2228
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 570