Yem üçün subsidiya ayrılması məqbul sayılmadı

Yem üçün subsidiya ayrılması məqbul sayılmadıBu gün rəsmi qurumların da təsdiqlədiyinə görə, ölkədə yemçilik sahəsində axsaqlıq var. Yəni, yerli istehsalın həcmi o qədər də yüksək deyil. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov qeyd edir ki, Azərbaycanda mal-qaranın yemlə təmin olunması ilə bağlı mövcud tələbat dolğun ödənilmir: "Hazırda ölkədə faktiki olaraq 25 min ton həcmində qarışıq yem istehsal olunur: "Ölkədə silosluq qarğıdalı, günəbaxan, yem çuğunduru, soya, raps əkilmir. Nəticədə, heyvanların yemə olan tələbatı yalnız 30% ödənilir. Yem istehsalı sahəsi olduqca gəlirlidir. Lakin bu sahənin inkişaf etməsi üçün fermerlərə subsidiyalar verilməlidir". Bildirək ki, bu gün qonşu Türkiyədə yemçilik istiqamətində subsidiyaların verilməsi praktikası həyata keçirilir. Orada yoncanın hər hektarına görə dörd ildən bir 1 500 lirə həcmində subsidiya verilir". Mütəxəssislər isə yem istehsalı ilə məşğul olan fermerlərə subsidiyların verilməsində fərqli düşünürlər. Məsələn, aqrar ekspert Vahid Məhərrəmovun verdiyi açıqlamaya görə, bunu hələlik düzgün hesab etmir: "Bu il 2.9 milyon yon ton taxıl istehsal olunub. Bunun əsas hissəsi heyvandarlıqda yem kimi istifadə olunmalıdır. Yəni, artıq hökumət yemçiliyə subsidiya verib. Taxıl istehsalı nəyə görə 2.9 milyon tondur? Əgər Azərbaycanın buğdaya olan ehtiyacı 1.4 milyon tondursa?

Taxıl üçün hər hektara 40 manat, buğda üçün isə 80 manat subsidiya verilir. O buğdanın da əsas hissəsi yemə gedir. Çünki, istehsal etdiyimiz taxılın keyfiyyəti aşağı olduğu üçün həmin taxılı daha çox biz heyvandarlıqda istifadə edirik. Odur ki, bu gün taxıl istehsalı üçün ayrılan subsidiyanın səmərəliliyi təmin edilməlidir. İstehsal olunan taxılın maldarlıqda keyfiyyət əmsalı yüksək olmalıdır. Nazirlik bu işin öhdəsindən gələrsə, onda yem istehsalı ilə məşğul olan fermerlərə subsidiyaların ayrılması gərək ola bilər. Əsasən də yonca istehsalı üçün. Ancaq bu gün ölkədə yonca istehsalı kifayət qədər gəlirli və xərci azdır. Azərbaycanın iqlim şəraiti imkan verir ki, il ərzində 5 dəfədən çox yonca əldə olunsun. Həm də hazırda yonca kifayət qədər yaxşı qiymətə satılır. Ona görə də hələlik yemçiliyə subsidiya ayırmağa ehtiyac görmürəm".

Digər mütəxəssi Nizami Qarayev bildirdi ki, əkilən istənilən istənilən bitkinin hər hektarına 40 manat pul verilir: "Bu isə əslində, dolayısı ilə yonca istehsalına da verilən subsidiyadır. Çünki, nə əkilməsindən asılı olmayaraq istənilən bitkiyə 40 manat pul verilir. Amma ümumilikdə heyvandarlıqda subsidiyalaşma aşağı səviyyədədir. Heyvandaqlıqda verilən subsidiyanın əsas hissəsi kənardan gətirilən cins heyvanların payına düşür. Hər heyvana görə 1000, 1200 manat pul verilir. Bu heyvandarlığın cins tərkibinin dəyişdirilməsinə yönəlmiş bir fəaliyyətdir. Lakin heç də səmərəli fəaliyyət deyil. Çünki, bir heyvana görə 1000 manat verilməsi əvəzinə heyvandarlığın cins tərkibinin dəyişməsi üçün süni mayanlamadan istifadə etmək olar. Subsidiyanı bu istiqamətə yönəldərək daha çox nəticəyə nail olmaq mümkündür. Türkiyədə artıq bu mexanizm tətbiq edilir".

Ekspert əlavə etdi ki, heyvandaqlığın inkişafına maneçilik törədən əsas faktorlardan biri, yem bazasının kifayət qədər olmamasıdır: "Belə ki, Azərbaycanda yemçilik demək olar ki, əsasən yoncanın üzərində durur. Digər şirəli yem sahəsində isə geriliklər var. Amma təqdirəlayiqdir ki, son dövlər müəyyən yem zavodları istehsala başlayıb. Lakin bunlar da bu gün heyvandarlığı kifayət qədər yemlə təmin etməyə kömək etmir. Yaxşı olar ki, burdada kiçik yem zavodlarını qurulması dəstəklənsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1506   Tarix: 28 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 836
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

21:30 0
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 109
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

11:43 87
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 289
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104