Çili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılar

Çilidə şaxtada baş verən qəza nəticəsində 2 aydan çoxdur ki, 600 metrdən artıq dərinlikdə qalmış şaxtaçıların xilas olunmasına başlanılıb. Artıq 3 şaxtaçı çıxarılıb. İlk olaraq Florencio Avalos yerli vaxtla 1-ə 10 dəqiqə işləmiş xüsusi hazırlanmış kapsul içində 624 metr dərinlikdən çıxarılıb. Onu ailə üzvləri və Çili prezidenti Sebastian Pinera qarşılayıb. Sonra isə daha iki şaxtaçı - Mario Sepulveda və Juan Illanes yerin altından çıxarılıb. Prezidenti Pinera bu əməliyyatı möcüzə adlandırıb. Prezident sevinclə bunu mümkün edən texniki ekspertlərə minnətdarlığını bildirib. O, fevral ayında Çilidə baş vermiş dağıdıcı zəlzələni xatırlayaraq bildirib ki, şaxtaçılar çilililərin bir olduqda nələrə qadir olduqlarını bir daha göstərdilər:

«Bu gün ölkə öz əsl ruhunu göstərdi. Çili çətin vəziyyətdə nəyə qadir olduğunu göstərdi».
Xilasetmə əməliyyatı yerli vaxtla 23.15-də başlayıb. İlk olaraq texniki ekspertlərdən Manuel Gonzalez həmin kapsulda yerin altına enib şəraiti yoxlayıb. Xilasetmə əməliyyatı canlı yayılır. Görüntülərdən görünür ki, xilas olunan ilk şaxtaçı Florencio Avalosun yerin altından çıxması az çəkib. Niyə birinci o seçilmişdi. Çünki o həm fiziki, həm də psixoloji cəhətdən ən hazırlıqlı idi. Florencio Avalos «Phoenix» adlı kapsuldan çıxandan 1 dəqiqə sonra onu ailə üzvləri, prezident Sebastian Pinera və birinci xanım Cecilia Morel qarşılayıb. Hamı onu alqışlayır, «Çili» şüarları qışqırırlar. Avalos həkimlərin müayinəsinə verilib. İkinci xilas olunan Mario Sepulveda ondan bir saat sonra çıxarılıb. BBC müxbiri onun çox yaxşı emosional vəziyyətdə olduğunu bildirib. O, zarafat da edib. Yerin altından isə suvenir kimi qaya parçaları da gətirib. Daha sonra Juan Illanes çıxarılıb. Boliviya prezidenti Evo Moralesin də xilasetmə yerinə gələcəyi gözlənilir. O, dördüncü xilas olunacaq Carlos Mamanini qarşılayacaq. 33 şaxtaçıdan 32-isi çilili, biri boliviyalıdır. Şaxtaçılar xilas olunarkən onlara astronavtlar üçün nəzərdə tutulmuş paltar geydirilir. Həmin paltar şaxtaçının ürək döyüntüsünü, tənəffüs sistemini və temperaturunu və oksigen sərf etməsini yoxlayır. Hər hansı uçma halının baş verməməsi üçün şaxtanın yuxarıdan 100 metr hissəsi betonla bərkidilib. Ekspertlər bildirilər ki, şaxtanın aşağı hissəsi onsuz da möhkəm qayalardan ibarətdir. Ona görə də dağılma ehtimalı yoxdur. Xilasedicilər hər saatda bir-bir şaxtaçının xilas olunacağını bildirilər. Xilasetmə əməliyyatının 2 gün davam edəcəyi gözlənilir.

Çili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılarÇili şaxtasından xilasedicilər mədən fəhlələrini çıxartdılar

P.S= Jurnalistlərə bildiriblər ki, şaxtaçılar 1 saatdan bir 1 adam çıxardacaqlar. Əməliyyatın 2 gün davam edəcəyi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2546   Tarix: 14 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar