Azərbaycanlı aktrisa: "Sevmişəm, ancaq

Azərbaycanlı aktrisa: "Sevmişəm, ancaqBakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Məmmədovanın müsahibəsi.

- Necə oldu ki, aktrisa olmaq qərarına gəldiniz?

- Mən uşaqlıq illərimdən incəsənətə maraq göstərmişəm. Bu peşəni çox sevirdim. Məktəbi bitirəndən sonra sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə vermək qərarına gəldim. Bu, məndə alındı. Sözügedən univeristetə daxil oldum. Elə orada oxuya-oxuya Amaliya xanım Pənahovanın teatrında işləməyə başladım.

- Aktrisa olmaq qərarına gələndə ailə üzvlərinizdən bu qərarı etirazla qarşılayan oldu?

-​ Xeyr, mən belə bir halla qarşılaşmadım. Şükürlər olsun ki, məndə belə bir problem olmadı və mən öz seçimimi tam azad bir şəkildə etdim.

-​ İlk dəfə səhnəyə çıxanda nə hiss elədiniz?

-​ Çox həyəcanlı idim. Təsəvvür edin ki, gənc bir qız teatra işə qəbul olunur. Kifayət qədər təcrübəli aktyor heyətinin içində olduğuma görə əvvə-əvvəl məndə bir az sıxıntı var idi. Ancaq sonralar bu sıxıntıdan və həyəcandan bir əsər-əlamət qalmadı. Tədricən teatra da, kollektivə də alışdım.

-​ İndiyə qədər hansı rolları ifa etmisiniz?

-​ Bir çox rolları oynamışam. Baş rollardan isə "Mürafiə vəkilləri"ndə Səkinə, "Bəylik dərə"sində Sarıca, "Qaravəlli"də Rəhimə Rəhimova, "Əli və Nino"da ləzgi qızı və s. kimi obrazları canlandırmışam.

- Səhnədən birdəfəlik düşmək qərarınız olub?

- Bəli, bəzi məqamlar olur ki, insan hər şeydən bezir. Məndə də belə məqamlar olub və sənətin "daş"ını birdəfəlik atmaq istəmişəm. Amma görmüşəm ki, bunu bacarmıram.

-​ Kompleksləriniz var?

-​ Bəli, hər insanda olduğu kimi mənim də özüməməxsus komplekslərim var. Amma onlar yalnz mənim özümə məxsus olduğuna görə istəmərəm ki, sadalayım.

-​ Ailə qurmusunuz?

-​ Xeyr, hələ subayam.

-​ Sevmisiniz?

-​ Sevmişəm, ancaq alınmayıb.

-​ Gənc bir aktrisa kimi açıq-saçıq səhnələrə münasibətiniz necədir?

-​ Açıq-saçıq səhnələrin çəkilməsi normaldır. Mən burada heç bir qəbahət görmürəm. Əgər estetik cəhətdən hər şey yaxşı görünərsə, məncə, problem yoxdur.

-​ Siz özünüz bu tip səhnələrdə çəkilərsiniz?

-​ Bəli, çəkilərəm...

-​ Xarici filmlərdən təklif alsanız, qəbul edərsiniz?

-​ Məmnuniyyətlə, qəbul edərəm.

-​ Hələ də nəyi öyrənə bilməmisiniz?

-​ Mən düşünürəm ki, hələ heç nə öyrənməmişəm. Çünki mən hələ gəncəm. Yaşlı və təcrübəli sənətkarlarımızdan öyrənəcəklərim hələ qabaqdadır.

-​ Yaşlı nəsilin sənətdə qoyduğu iz sizi qane edir?

-​ Bəli, məni tam qane edir. Hesab edirəm ki, yaşlı nəsilin nümayəndələri bizə sənətdə çox böyük örnək qoyublar və bu şəraiti gənc istedadlara yaratmaqda davam edirlər.

-​ Hazırda hansısa serialda çəkilirsinizmi?

-​ Bəli, indi "Həyat, sən nə qəribəsən?" adlı serialda rol alıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2361   Tarix: 07 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554