Toy olsun verlişində toy oldu

Toy olsun verlişində toy oldu

Bir aydan artıqdır ki, ANS TV-nin efirində hər gün yayımlanan "Toy olsun" verilişi dünən ilk toyunu etdi. Ailə qurmaq üçün müraciət edən Fidan artıq öz yarına - Elçinə qovuşdu. Onların toyu isə adi qaydada ailə quran gənclərin toyundan fərqlənmədi, bəlkə də daha dəbdəbəli keçirildi. İlk əvvəl "Vağzalı" sədaları altında "Aura " şadlıq sarayına daxil olan bəylə gəlin şampan süfrəsinə dəvət edildi.
Sonra isə toyun əsas hissəsi başladı. Burada bəy və gəlinin qohumları ilə yanaşı tanınmış incəsənət ustalarına, eləcə də kənar şəxslərə rast gəlmək olardı.
Qeyd edək ki, xoşbəxt cütlüyə yumşaq və yataq mebeli, qızıl üzüklər, müxtəlif ev əşyaları hədiyyə edilib. Bir sözlə, Elçin və Fidan bir-birinə qovuşduqları üçün çox xoşbəxt idilər.
Bəy və gəlinin ataları ilə rastlaşmasaq da, analarının sevincinə şərik ola bildik. Analar bu toyu onlara hədiyyə edən ANS rəhbərliyinə təşəkkür etməklə bərabər, gənclərə öz arzuların da bildirdilər. Qonaqlar isə deyəsən indiyə qədər bu cür toyda iştirak etməmişdi. Hər halda onların toydakı iştirakından bunu hiss etmək olardı.
Toyda iştirak edən xanəndə Teymur Mustafayev də bu cür toy görmədiyini, öz dövrünun gəncləri ilə indiki gəncləri müqaisə edəndə, dəyişikliyin çox olduğunu deyib.
Nəhayət dövlət nümayəndəsinin iştiraki ilə Elçin Fidan rəsmi nigaha daxil oldular.
Qeyd edək ki, toya qədər butun adət-ənənələr verilişin yaradıcı heyəti tərəfindən tam həyata keçirilmişdi. Yəni əvvəl nişan, sonra xınagecəsi, bəyin hamama aparılması və nəhayət toy. Bundan sonra deməyə bir söz qalır, Allah xoşbəxt eləsin!

Bu verilişə və bu toya münasibətiniz


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 19754   Tarix: 23 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390