Dünyanı kim idarə edir?

Dünyanı kim idarə edir?BiG.AZ banker.az-a əsasən bildiri ki,Isveçrəlilər 42 transmilli korporasiya ilə bağlı riyazi təhlil aparmış və belə bir dəhşətli qənaətə gəlmişlər ki, dünyanı cəmi bir nəhəng "super-korporasiya" idarə edir. Belə çıxır ki, dünya iqtisadiyyatının "yüyəni" məhz həmin qurumun əlindədir.

Qlobal korporativ sistemin modelini hazırlamaq üçün, Sürix Universitetinin mütəxəssisləri nəhəng məlumat massivini işləyib-araşdırmışlar. Bu məlumatlar iri transmilli korporasiyalar (TMK) arasındakı mülkiyyət münasibətlərini əks etdirir- bu barədə New Scientist nəşriyyatı yazır.

Bundan öncəki tədqiqatlar da göstərmişdir dünya "iqtisadi piroqunun" ən böyük tikəsi çox az bir qrup şirkətin və bankın əlində cəmlənmişdir. Qalanlara isə sadəcə xırda-xuruş çatır. Amma bu tədqiqatlar TMK-ların öz törəmə kompaniyaları, filialları və müttəfiq şirkətləri ilə olan dolayı münasibətləri- qarşılıqlı əlaqəni nəzərdən qaçırmışlar.

"Gerçəklik o qədər mürəkkəb idi ki, biz doqmatik fikirlərdən uzaqlaşmalı olduq, istər bu əlbirlik nəzəriyyəsi olsun, istər də azad bazar konsepsiyası, -araşdırmanın müəllifi Ceyms Qlatfelder aydınlıq gətirir –bizim analiz ancaq real göstəricilərə söykənib".

2007-ci ildə Orbis C məlumat bazasında təqdim olunmuş, bütün dünya üzrə mövcud olan 37 milyon şirkəti və sərmayədarı ələkdən keçirən mütəxəssis komandası, onların içərisində 43 060 şirkəti fərqləndirmişdir. Məhz bu şirkətlər nəhəng transmilli korporasiyalara məxsusdur. Komanda onların ümumi aktivlərinin miqdarını da üzə çıxarmışdır.

Analitiklər 1318 kompaniyadan ibarət nüvə müəyyən etmişlər ki, bu şirkətlərin arasındakı münasibəti qan qohumluğundan başqa heç bir sözlə adlandırmaq mümkün deyil. Bu 1318 kompaniyadan hər birində ən azı iki və ya daha çox digər şirkətlərlə sıx qarşılıqlı əlaqələrin mövcudluğu aşkar olunmuşdur.

Bu korporasiyaların rəsmi gəlirləri ümumdünya miqyasında əməliyyat mədaxillərinin heç 20%-ni də ötmür, amma özlərinin satellit –firmaları sayəsində onlar faktiki olaraq beynəlxalq şirkətlərin əksəriyyətini idarə edirlər. Bu şirkətlər isə "gerçək" iqtisadiyyat sektorunda fəaliyyət göstərir. Beləliklə, korporativ bədheybətlərin caynaqlarında ən azından ümumdünya gəlirlərinin təmiz 60% cəmlənmişdir.

Bundan əlavə tədqiqatçılar müəyyən etmişlər ki, maliyyə zəncirlərinin əksəriyyəti 147 şirkətdən ibarət "super anklav" istiqamətinə yönəlmişdir. Onların aktivləri bir-biri ilə qovuşur və faktiki olaraq onlar ümumi mülkiyyətdir. Bu da elan edilməmiş həmin maliyyə konqlomeratına qlobal korporativ sərvətlərin 40%-nə nəzarət etmək imkanı verir.

Liderlərin onluğuna daxil olan şirkətlər aşağıdakılardır:

1. BARCLAYS PLC

2. CAPITAL GROUP COMPANIES INC

3. FMR CORPORATION

4. AXA

5. STATE STREET CORPORATION

6. JP MORGAN CHASE & CO

7. LEGAL & GENERAL GROUP PLC

8. VANGUARD GROUP INC

9. UBS AG

10. MERRILL LYNCH & CO INC

Tədqiqatçılar bildirir ki, bütün dünyada "Uol-striti ələ keçirt" şüarı adı altında qlobal kapitalizmə qarşı baş qaldırmış etirazlar- nüfuzlu transmilli korporasiyalara qarşı gözlənilən cavab reaksiyasıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1300   Tarix: 13 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xoşbəxt insanların hər gün söylədiyi BEŞ İFADƏ

Psixoloqlar deyirlər ki, xoşbəxt insanlar başqalarına paxıllıq etmir və müsbət mənada düşünürlər. xarici KİV-ə istinadən xəbər verir ki, xoşbəxt insanlar müəyyən düşüncə tərzinə malikdirlər və gündəlik həyatda müəyyən ifadələr işlədirlər. Xoşbəxt insanların tez-tez söylədiyi əsas ifadələrdən biri "Mə

04.04.2024 883
.

"30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ" - Yalançı motivatorların "uğur hekayələri..."

Günümüzdə ətrafda aşağı-yuxarı hər kəs motivasiya verir. 15 izləyicisi olan da, həyatda heç bir uğuru olmayan da "uğur hekayəsi" bölüşür. Bəs görəsən, bu zərurət nədən irəli gəlir?. Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.media-ya danışıb. O qeyd edib ki, bu hal ikinci dünya ölkələrind

13.04.2024 347
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 290
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 277
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 472
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 392
.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 469
.

Davamlı gecə yuxusunun inanılmaz FAYDALARI

Davamlı gecə yuxusu təkcə rifahınıza deyil, həm də özünüqavramanıza da faydalı təsir göstərir. Bununla bağlı aparılan araşdırmanın nəticələri "Proceedings of the Royal Society" jurnalında dərc olunub. İsveçin Karolinska İnstitutunun alimləri Leoni Balter və Con Akselsson həyata keçirdiklər

06.04.2024 456
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 320