Bakı Metropolitenində bu yeniliklər olacaq

Bakı Metropolitenində bu yeniliklər olacaqMetropolitenin yeni xətləri və stansiyalarında sınanmış ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub. Metropolitendən ans press-ə verilən məlumata görə, yeni xətlərdə fərqli enerji təchizatı və idarəetmə sistemi tətbiq olunacaq, stansiyaların mikroiqlim şəraiti isə, perspektiv də nəzərə alınmaqla, müasir sistemlərlə təchiz ediləcək.

Tikilən yeni xətlərin elektrik təchizatı mövcud xətlərdəki analoqlarından tam fərqlənəcək. Bu xətlərə 35 Kv-luq elektrik enerjisi şəbəkəsi xidmət göstərəcək. Bu məqsədlə dörd dizel-generatorlu yarımstansiyanın tikilməsi planlaşdırılıb. Artıq layihələndirmə işləri də tamamlanıb. Bu yarımstansiyalar 75 metro stansiyasını qidalandırmaq gücünə hesablanıb. Bununla da metropolitenin enerji təchizatı etibarlılığını daha da artıracaq. Mövcud 10kV-luq yarımstansiyalardan onların fərqi məhz daha etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi olmasındadır. Bu, ilk növbədə, hər stansiyanın şəhər elektrik mənbələrindən bir-birindən asılı olmayan 2-3 kabel xəttinin çəkilməsinə ehtiyacı aradan qaldırır. Vacib məsələlərdən biri elektrik enerjisinin verilişi kəsilərkən, tunellərdə qalmış qatarların stansiyalara çıxarılması və sərnişinlərin boşaldılmasıdır. Yeni tipli elektrik yarımstansiyalar bu problemi aradan qaldırmış olacaq. Stansiyalarda qurulucaq dartı və azaldıcı, tunellərdə isə dörd ventilyasiya şaxtası üzərində qurulacaq 35 kV-luq yarımstansiya bu problemi qəti həll edəcək.

Yeni xətlərdə stansiyaların yerli mikroiqlim şəraitinin yaradılması üçün mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sulu (çiller) sistemlərinin müasir texnologiyalara uyğun quraşdırılması nəzərdə tutulub. O, sistemlərin avtomatik tənzimlənməsi, mərkəzləşmiş dispetçer idarəetməsi və məlumatları toplayan telemexanika sistemi vasitəsi ilə təmin ediləcək. Bununla da sərnişinlər və metro işçilərinin normal mikroiqlim şəraitinə tələbatı müasir normativlərin tələblərinə uyğunlaşmış olacaq.

Yeni tikilən xətlərdə qatar hərəkətinin avtomatika və telemexanika sistemi elektron avadanlıqlarla təchiz olunacaq. Bu mənada qatarların radiokanal vasitəsilə idarə olunması və mikroprosessor mərkəzləşmə müasir dünyada aparıcı sistemlərdir. Yeni sistem üstün cəhətləri sırasında iri tutumlu avadanlıqların kiçik ölçülü mikroprosessor və digər elektron analoqları ilə əvəzlənməsindən ibarətdir. Nəticədə avtomatlaşdırılmış iş yerlərinin yaradılması, müasir əsaslardan irəli gələrək, daha səmərəli olacaq və xeyli asanlaşacaq. Avadanlıqların həcmi az olsa da, kompüter bazasında təşkil edildiyindən onun məhsuldarlığı, səmərəsi əvvəlkilərdən qat-qat yüksəkdir. Yeni sistemlərin köməyi ilə həm də qatarların yerinin təyin olunması, sürətə nəzarət və s. kimi məsələlər qəti həllini tapmış olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 960   Tarix: 16 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914