Hansı müğənnilərimiz xaricə getməyə hazırlaşır?

İnsanlar doğulduğu yeri özü seçmir. Buna bəzən təəssüflənmək, bəzən isə sevinmək olar. Adam da var ki, əlinə şans düşən kimi doğulduğu ölkəni tərk edir və arzusunda olduğu yerdə yaşamağa başlayır. Elə bu mövzuda olan sualımızı şou-biznes nümayəndələrinə ünvanladıq. Görəsən, onların əlinə belə bir fürsət düşsəydi, hansı ölkədə yaşamağa üstünlük verər, həmin ölkənin vətəndaşlığını qəbul edərdilər? Cavablar isə aşağıdakı kimi oldu: Valideynlərim konservator adamlardır

Hansı müğənnilərimiz xaricə getməyə hazırlaşır?İlhamə Qasımova sualımızı geniş cavablandıraraq Azərbaycandan başqa heç bir yerdə yaşamaq istəmədiyini və xarici ölkəylə müqayisədə öz ölkəmizdə daha çox uğur qazanmaq şansının olduğunu bildirdi: "Azərbaycandan başqa, sözün düzü, heç bir yerdə yaşamaq istəməzdim. Çünki valideynlərim burda yaşayır, ona görə başqa yerdə yaşaya bilmərəm. Valideynlərim harada yaşasa, mən də orda yaşaya bilərəm. Onlarsa Azərbaycandan bir addım belə kənara atmazlar, çünki bir az konservator adamlardır. Həyatımdan razı olduğuma görə özüm də istəməzdim, adətən, insanlar yaşayışından narazı olanda fikirləşir ki, bəlkə başqa yerdə yaxşı olar. Fikirləşirəm ki, hər halda öz ölkəmizdə çalışsaq, işləməyi bacarsaq, burda daha çox uğur qazanaram, nəinki başqa yerdə. Xarici dövlətdə vətəndaşlıq qəbul eləsən də, sən orda gəlməsən".

Hansı müğənnilərimiz xaricə getməyə hazırlaşır?Roza Zərgərli də İlhamə Qasımova kimi Azərbaycandan başqa digər ölkədə yaşamaq istəmədiyini açıqladı: "Azərbaycandan başqa heç bir yerdə yaşamaq istəməzdim".

Avropa ölkələrinə üstünlük verirəm
Hansı müğənnilərimiz xaricə getməyə hazırlaşır?İfaçı Abbas Bağırov isə yaşamaq üçün Avropa ölkələrinə getməyə üstünlük verdiyini bildirdi: "Öz vətəndaşlığımdan imtina etməmək şərtiylə müəyyən ölkələrin vətəndaşlığını qəbul edə bilərəm. Əsasən Avropa ölkələrinə üstünlük verirəm".

Rusiya ikinci vətənimizdir
Hansı müğənnilərimiz xaricə getməyə hazırlaşır?Səməd Səmədov hesab edir ki, yaşamaq üçün ideal məkan Rusiyadır: "Biz azərbaycanlılar o qədər Rusiyaya gedib-gəlmişik ki, o qədər Rusiyadan həm özümüz, həm də övladlarımız xeyir görüb ki, Rusiya artıq ikinci vətənimizdir. Ancaq Rusiyada gedib yaşaya bilərəm... Artıq 60-70 ildən çoxdur ki, valideynlərimiz, özümüz, övladlarımız Rusiyaya gedib-gəlirik, Rusiya olub bizim ikinci vətənimiz".

Hansı müğənnilərimiz xaricə getməyə hazırlaşır?Daha sonra Nadir Qafarzadə ilə əlaqə saxladıq. Prodüsseri sualımıza cavab olaraq Nadir Qafarzadənin Azərbaycandan başqa heç bir yerdə yaşamağa razı olmadığını bildirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1365   Tarix: 22 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 226
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 833
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19.04.2024 669
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 659
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14.04.2024 587
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 828
.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

19.04.2024 272
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1168
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1489