Mixail Qorbaçov 20 yanvar qırğınından yazdı: "Bu mənə dərs oldu"

Mixail Qorbaçov 20 yanvar qırğınından yazdı: "Bu mənə dərs oldu""1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır". BiG.AZ-ın modern.az saytına istinadən verdiyi məlumata görə, bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı "Həyat və islahatlar" kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.

"Əsas günah Qarabağdadı"

Mixail Qorbaçov kitabında 20 yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.

"90-cı ilin yanvarından dərs götürülbmü? Şübhə edirəm: bunun subutu erməni-azərbacanlı müharibəsidir".

Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini "fövqəladə şəraitin" məcbur etdiyini yazıb. "1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı"-deyə eks-prezident vicdanı ağrımadan yazıb.

"Azərbaycan hakimiyyəti parçalanmışdı"

Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, "13 yanvarda Bakıda xüliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş tördəiblər".
SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında idda edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiayaya nəzarət etməyə imkan verməyib.

"Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd sökülüb".

M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.

"20 yanvar mənə dərs oldu"

Qorbaçov 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib.

"Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır"-deyə Mixail Qorbaçov vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3377   Tarix: 20 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 182
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 495
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 464
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 1139
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 206
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1181
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 282
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 287
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 504