Tiflisdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirilib - FOTO

Tiflisdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirilib - FOTOGürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə 1990-cı ilin 20 yanvar hadisələri zamanı həlak olan insanların xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri mədəniyyət muzeyinin direktoru Leyla Əliyeva açaraq 24 il bundan əvvəl baş verən faciənin bəşəriyyətə qarşı yönəldildiyini bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxışında 24 il bundan əvvəl Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizə apardığını bildirib: "Bu gün bizim tariximizdə qəhrəmanlıq günüdür, müstəqillik və azadlıq yoludur. Sovet Ordusu Bakıda müstəqillik uğrunda təşkil olunan sülh aksiyasına qarşı güclü silahla təzyiq göstərib. 1989-cu ilin 9 aprelində hərbi maşınlar Tiflisdə də sülh tərəfdarlarını və separatizmə qarşı yüksələn səsi boğdular. 20 Yanvarda 6 nəfər Gürcüstan vətəndaşı olan soydaşımız da həlak olub. 20 Yanvar faciəsində verdiyimiz qurbanlar bahasına azadlıq və müstəqilliyimizə nail olduq. İndi isə qarşımızda bir məqsəd var - işğal olunan torpaqlarımızı azad etmək".

Tədbirdə Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan insan haqları müdafiə komitəsinin üzvü Teymuraz Lomsadze, jurnalist Emin Mahmudov, Gürcüstan Bəstəkarlar İttifaqının sabiq sədri Vaja Azaraşvili, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu və başqaları çıxış edərək sovet ordusunun təcavüzlərindən danışıblar.

Tədbirdə gürcü və azərbaycanlı ziyalılar, Türkiyə və Azərbaycan səfirliyinin və digər ölkələrin hərbi attaşeləri, səfirlik əməkdaşları, diplomatik korpus təmsilçiləri, ARDNŞ-in əməkdaşları, QHT nümayəndələri, gürcü ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak edib.

Tədbirdən sonra Azərbaycan səfiri Azər Hüseyn və Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze Tiflisdə keçmiş parlament binasının qarşısındakı 9 Aprel faciəsi abidəsinin önünə əklil qoyublar. Tədbirdə Gürcüstan parlamentinin azərbaycanlı deputatları da iştirak edib.

Gürcüstan parlamentinin vise-spikeri Zurab Abaşidze jurnalistlərə açıqlamasında Azərbaycan dövləti və xalqın kədərinə şərik olduğunu bildirib: "Mən Azərbaycan dövlətinin və onun xalqının 24 il bundan əvvəl baş verən hadisə ilə bağlı böyük kədərinə şərik oluram. Bizim ən başlıca birliyimiz ondadır ki, bizim ümumi ağrımız var. Azərbaycanda baş verən faciə 9 Apreldə Gürcüstanda yaşanıb. Mən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verirəm. Ümid edirik ki, heç zaman belə hadisələr bizim dövlətlərdə baş verməyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 900   Tarix: 20 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 159
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 479
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 243
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 2092
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 246
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 154
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 205
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 199
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 741